Çinin Sinxua agentliyi Bakıda gündəlik həyatla bağlı fotomaterial hazırlayıb

post-img

Çinin nüfuzlu Sinxua dövlət xəbər agentliyi Bakıda insanların gündəlik həyat tərzini əks etdirən fotomaterial yayımlayıb.

AZƏRTAC xəbər verir ki, materialda paytaxt sakinlərinin və şəhər qonaqlarının istirahət mədəniyyəti, açıq havada aktivlikləri və ictimai məkanlardan istifadəsi ön plana çəkilib. Birinci fotoda Bakı bulvarının günün müxtəlif saatlarında şəhər həyatının ən dinamik nöqtələrindən biri olduğu, insanların dincəldikləri, sakitlikdən zövq aldıqları əks olunub.

İkinci fotoda isə Bakının parklarının sakinlər üçün xüsusi istirahət məkanı olduğu vurğulanır. Parklarda yaşlıların asudə vaxtlarını səmərəli keçirdikləri əks olunub.

Fotolarda, həmçinin Bakının təmizliyi, abadlığı, şəhər infrastrukturunun sürətlə inkişaf etməsi və ictimai məkanların əlçatanlığı da diqqət çəkən məqamlar kimi göstərilir.



Sosial həyat