Roma imperiyası, erməni şovinizmi və kütləvi psixoz

post-img

Görəsən, xəstə Ermənistan cəmiyyətini sağaltmaq mümkündürmü?

Erməni şovinizmi. Bu mövzu hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Əlbəttə, söhbət “aktuallıq”dan gedir. O “aktuallıq”dan ki, əsrlərdir erməni qövmünü xalq olmağa qoymur, onun inkişafını ləngidir. 2018-ci il inqilabından sonra düşünmək olardı ki, bu mənfi tendensiya aradan qalxacaq. Axı, Nikol Paşinyanın hakimiyyətə gəlişi Qərb dəyərlərinin Ermənistanda möhkəmlənməsi kimi böyük dəyişikliklər vəd edirdi. 

Əslində, buna inanmaq üçün əsaslar da var idi. Pa­şinyan özünün seçkiqabağı təbliğat kampaniyası zamanı, kifayət qədər, mütərəqqi şüarlar və tezislər səsləndirirdi. Həmin şüar və tezislərin içərisində qonşularla normal mü­nasibətlərin formalaşdırılması kimi müddəalar da yer alırdı. Mövcud xüsusda Qarabağ münaqişəsinə toxunan gələcək baş nazirin sözlərindən belə çıxırdı ki, bu münaqişə Ermə­nistanın və erməni xalqının inkişafını ləngidir və onu tezliklə həll etmək, keçmişdə olanları tarixə gömmək və gələcəyə baxmaq lazımdır.

Paşinyanın vədi və Qarabağ avantürası

Bəli, Azərbaycan ictimaiyyəti N.Pa­şinyanın həmin dövrdəki çıxışlarına diqqət yetirəndə düşünürdü ki, onun Qarabağ münaqişəsindən uzaq durmaq niyyəti problemin ədalətli həlli məramına söykənir. Ədalətli həll isə ölkəmizin öz əzəli və əbədi torpaqlarına sahiblənməsi kimi qəbul edilirdi. Başqa cür düşünülə bilməzdi. Lakin Nikol hakimiyyətdə möh­kəmləndikdən sonra 2018-ci il inqilabının ona verdiyi eyforiyanı Qarabağ müstəvi­sinə də daşımaq yolunu tutdu. Elə zənn etdi ki, Cənubi Qafqazda “demokratiya­nın qladiatoru” obrazından yararlanacaq və dünya bu işdə İrəvana kömək göstərə­cək. 

Beləcə, 2018-ci il inqilabı özünün qar­şısına qoyduğu real məqsədə nail ola bil­mədi. O anlamda ki, inqilab xəstə şüur və təfəkkürlərdə dəyişiklik etmədi. Paşinyan mənfi stereotipləri nəinki aradan qaldırdı, əskinə, onların əsirinə çevrildi. O, seç­kiqabağı dövrdə dediyi sözü tutdu. Amma necə? Qarabağ məsələsini kökündən həll etməyin zəruriliyini bildirirdisə, Azər­baycan cəmiyyətinin gözlədiyi kimi, bu məsələdə ədalət prinsiplərini yox, müha­ribə yolunu üstün tutdu. Nəticədə həmin vaxtadək davam edən Azərbaycan – Er­mənistan danışıqları tam şəkildə dalana dirəndi. Üstəlik, Nikol və komandası “yeni ərazilər naminə yeni müharibə” şüarını da irəli sürdü. “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı eşidildi, Şuşada – Cı­dır düzündə nümayişkəranə tərzdə “yallı” getmə, içib sərxoş olma kimi qıcıqlandır­malar da öz yerində... 

Bəli, Paşinyan tipik erməni xislətin­dən irəli gələn hərəkət və davranışlarını ortaya qoydu. Müasir dövrdə Qarabağ münaqişəsinin formalaşması mərhələ­si ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Nikol həmin münaqişənin orta­ya çıxardığı və Ermənistan cəmiyyətinə sırıdığı psevdoqəhrəmanları üstələməyə girişdi. Bunu Roma papasından daha çox katolik olmaq istəyi kimi də qiymətləndir­mək mümkündür. Nəticədə 44 günlük müharibə başladı və Ermənistan fəlakət­lə üzləşdi... 

Demokratiya bacadan dürtüldü, şovinizm üçün qapılar taybatay açıldı

Fəlakətə gedən yolun ayrı-ayrı ele­mentlərindən də söz açdıq. Paşinyan, ümumən, cəmiyyətdəki şovinist baxışları körükləməyə girişdi. Halbuki o, demok­ratiya üzərində hakimiyyətə gəlmişdi. Demokratiya isə mahiyyət etibarilə mil­lətçiliyi qəbul etmir. Nikol demokratiyanı Ermənistan cəmiyyətinə, obrazlı desək, pəncərədən də yox, bacadan dürtdüyü halda, şovinizm üçün qapıları taybatay açdı. Əslində, asan yolu seçdi. Bu seçim, ilk növbədə, onun hakimiyyət düşkünü olan saxtakar təbiətindən irəli gələn xü­susiyyətdir. Bu gün də o, ancaq hakimiy­yətini düşünməklə, kürsüdən möhkəm yapışmaq əzmi ilə yadda qalmaqdadır. O zaman, indi də Ermənistan cəmiyyətində demokratiyanın heç “d” hərfi belə olma­yıb. Əvəzində şovinizm daha bir çürük xassə qazanıb. Söhbət revanşizmdən gedir. Son günlərin hadisələri isə göstərir ki, erməni şovinist-revanşizmi məqsədinə çatmaq üçün dini də alətə çevirməkdədir. 

Qarabağ Qüdsdürmü?!

Meydana “Xaçlılar” çıxır. Onlar Laçın­dakı sərhəd postumuza yürüş edib, ora­nı ələ keçirmək, Qarabağa daxil olmaq istədiklərini bildirirlər. Sanki orta əsr cən­gavərləridir, Qarabağ isə Qüdsdür. Necə ki, ilkin orta əsrlərin səlibçiləri saxtakar­lıqları ilə seçilirdilər və əsl məqsədləri Şərqin zəngin torpaqlarını ələ keçirmək idi. Erməni “xaçlılar” da eyni “ampluada­dırlar”. Ancaq birincilərdən fərqli olaraq, ikincilər heç nə edə bilmədilər. Böyük səs-küylə təqdimatı verilən “xaçlı” hərə­katının üzvlərinin indi hansı cəhənnəmdə olduqları məlum deyil. Axı, zaman da o zaman deyil. Azərbaycan vaxtilə quldur­luqlar, fitnə-fəsadlar, vandallıqlar törə­dərək əhalisini didərgin saldıqları ölkə olmaqdan çıxıb. Nəticə budur: erməni millətçiləri hərəkətləri ilə aslana hücum çəkməkdən qorxan, onun həndəvərində ulayan kaftar sürüsünü xatırladır. 

Bəli, məhz kaftar sürüsü. Bu, əsla bir xalqın təhqiri deyil. Bu deyim həmin xalqa kənardan necə göründüyünü xa­tırlatmaqdır. Biz istərdik ki, erməni xalqı deyiləndə yada bu sayaq meyillər düş­məsin. Belə mənfi tendensiyanın ağırlıq qüvvəsi çox olduğundan, erməni xalqı anlayışı yoxdur. 

Nəhayət, qonşularımızdır. Hansı xalq istəyər ki, qonşusu pis olsun? Biz də istə­mirik. Ermənilər torpaqlarımıza ayaq ba­sandan istəməmişik. Hətta, sadəlövhlük və zəiflik də göstərmişik. İmkan vermişik ki, ərazilərimiz hesabına özlərinə dövlət qursunlar. İrəvanı, Zəngəzuru peşkəş etmişik. Kifayətlənməyiblər, daha da azğınlaşıblar və bu azğınlaşma ermə­nilərə xalq deyil, qövm, barbar tayfa kimi yanaşmağımızı şərtləndirir, bu gün də şərtləndirməkdədir. Çünki vəziyyət böyük ölçüdə dəyişməyib. 

Vanyan nümunəsi

Əlbəttə, biz nəinki Ermənistan cəmiy­yətindəki, bütövlükdə dünya erməniliyin­dəki şovinizmdən uzaq meyilləri, normal məntiqi düşüncəni də diqqətdə saxlayı­rıq. Hesab edirik ki, belə pozitiv meyillə­rin sayı nə qədər çox olsa, bir o qədər faydalıdır. Özü də təkcə ermənilərin öz­lərinə deyil, bütövlükdə, Cənubi Qafqaz regionuna. Təəssüf ki, müsbət meyillərin sayı azdır. Yaxud, şovinist baxışlar həmin meyilləri qol-qanad açmağa qoymur, dü­şüncələrə hakim kəsilmiş mental “xüsu­sisyyətlər” müsbət halları arxa plana ke­çirir. Hər bir halda, necə deyərlər, yaxşı danışaq ki, yaxşı olsun. 

Məsələn, Azərbaycan cəmiyyətinə Georgi Vanyan adlı erməni hüquq mü­dafiəçisi çox tanışdır. O, Ermənistanda Azərbaycanla dostluq fikirlərinin təbliğa­tını aparan və Qarabağ savaşına görə ölkəmizdən üzr istənilməsi fikrini müdafiə edən sülhməramlı idi. Fəaliyyəti dönə­mində Azərbaycanda da bir neçə dəfə səfərdə olmuşdu. 

İcevan şəhərində yaşayan Vanyan Ermənistanda türk filmləri günləri festi­valını təşkil etmişdi, amma bu addımına görə o zamankı prezident Serj Sərkisyan hakimiyyəti tərəfindən təqiblərə məruz qalmışdı. O, həmçinin Azərbaycanla Er­mənistan cəmiyyətlərinin barışmasına yönələn Təkəli prosesinin təşkilatçıla­rından biri kimi də yadda qalmışdı. Ma­raqlısı budur ki, Paşinyanın hakimiyyəti dönəmində də Vanyana qarşı hücumlar dayanmamışdı. Hüquq müdafiəçisi 2021-ci ildə Tiflisdə vəfat etmişdi. Nəticə budur: erməni cəmiyyəti belə bir adama sahib çıxmağı bacarmadı. Çox təəssüf...

Mnatsakanyan həqiqəti sərt deyir: Gedin türkün gülləsindən ölün...

Bəs, hazırda Ermənistan cəmiyyətin­də vanyanlar varmı? Əlbəttə, mütləq mə­nada yoxdur. İndi Ermənstan dövləti və erməniliklə bağlı həqiqətlər ölkə və xalq üçün çıxılmaz durumun az da olsa, dərki prosesində meydana gəlir. Məsələn, Ra­fael Mnatsakanyanı götürək. Yəqin ki, bu ad cəmiyyətimizə o qədər də tanış deyil. O, Paşinyan kimi jurnalistdir, radio direk­torudur. 

Əlqərəz, Mnatsakanyan deyir ki, Qafqazda Ermənistan qədər ultramillət­çi, şovinist ikinci bir ölkə yoxdur. Fikir­lərini xeyli dərəcədə sərt formada ifadə edir: “Kim ki “dənizdən dənizə Ermənis­tan” ideyasına sadiqdir, kim ki, bu gün küçələrə çıxıb “Türkiyədən Qərbi Ermə­nistanı alacağıq” deyərək bağırır, bağı­ran ağızlarını götürüb getsinlər ora və türklərin gülləsindən ölsünlər. Bu xalq, bu nəsil daha öz insanını kiməsə, hansısa millətçi ideyaya, yalançılara görə qur­ban verə bilməz. Onlar kim olursa-olsun. Lap “Daşnaksütyun” olsun. Sülh zamanı gəlib. Sülh olacaq və sülh qorunacaq. İki yüz il bizi bu millətçi, boş fikirlərlə xəstələndiriblər. Biz hələ də həmin fikir­lərlə yaşayırıq. Bizim regionda bizdən daha ultramillətçi olan heç olmasa, biz xalqın adını çəkin. Elə buna görə də bu gündəyik. Düz yüz ildir, bu düzgün olma­yan mübarizə davam edir. Siz sıravi ter­rorçuların ideyasını qəbul etmisiniz. Bu ideyalardan milli dəyər düzəltmisiniz və hesab edirsiniz ki, erməni obrazı belə ol­malıdır. Bəsdir artıq! Bəsdir! Başa düşün ki, müəyyən qüvvələr tərəfindən qəsdən yayılan bu şovinist ideyalar son dərə­cə zərərlidir! Ancaq hər bir erməni belə şeyləri eşitməyi xoşlayır. Məsələn, siz bu gün küçəyə çıxsanız və “Ermənistanın dənizdən dənizə olması ilə razısınızmı” deyə soruşsanız, əlbəttə, 99 faiz razı ol­duğunu deyəcək. Ona görə ki, “yox” deyə bilmir”. 

Erməni millətçiliyi – qlobal maraq oyuncağı

Göründüyü kimi, R.Mnatsakanyan erməni cəmiyyətindəki son dərəcə ağrılı məsələdən söz açır. Bu məsələ ermə­niləri xalq deyil, kütlə kimi təsəvvür et­mək üçün əsaslar verir. Kütlə isə daimi manipulyasiya predmetidir. Bəli jurnalist düz deyir ki, iki əsrdir ermənilər müxtəlif qüvvələrin əlində vasitədirlər. Onlardakı şovinizm, millətçilik qlobal oyunlar üçün alətdir. Bu gün Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması fonunda baş verən proseslərə diqqət yetirəndə də, görünür ki, yenə erməni millətçiliyi Qərbin bəzi dairələrinin maraq oyuncağı­dır. 44 günlük müharibədən əvvəl də belə olmuşdu. Ermənistanın hansı acınacaqlı aqibətlə üzləşdiyini gördük. Mnatsakan­yanın təbirincə desək, türklərin atdıqları güllələrdən öldülər. Yenə də ölmək istə­yirlər, ya necə?

Leonardo da Vinçi əsası və marginal erməni cəmiyyəti 

Bəli, ölüm, ya qalım. Hazırda Ermə­nistan cəmiyyətində bu yöndə müza­kirələr gedir. Ölkənin nisbətən normal düşünən kəsimi sualı başqa cür qoyur. Təxminən belə: Ermənistanın nə xilas edəcək? Əlbəttə, bu sual “Ermənista­nı kim xilas edəcək?” deyimindən daha yaxşı səslənir. 

Məlumdur ki, xəstə erməni təfək­kürü üçün son dərəcə böyük təzad var. Danışanda özlərini qəhrəman, nə bilim möhtəşəm tarixləri olan xalq qiyafəsində göstərirlər. Amma o möhtəşəm tarix sa­hibləri daim kimin və kimlərinsə gəlib on­lara kömək etməli olduğunu düşünürlər. Obyektiv fikir doğur: belə qəhrəmansan­sa, belə igidsənsə, özün mübarizə apar, nə üçün ətrafdan mədət umursan?

Bütün bu sayaq təzadlar Ermənistan cəmiyyətinin marginallaşmasının məh­suludur. Erməni “Tik-tok” kanallarında yayımlanan verilişlərdən birində də bu barədə söhbət açılmışdı. Həyat yoldaşı italiyalı olan və ziyalı kimi təqdim edilən bir xanım, ömür-gün dostunun Ermə­nistan haqqında fikirlərini diqqətə çat­dırmaqla, verilişdə qoyulmuş mövzunu əhatə etməyə çalışırdı. Bildirirdi ki, ölkə­nin marginallaşması fazişmə yol açır. Diqqət yetirək, orta statistik erməni han­sısa avropalı ilə görüşəndə, tanış olanda, ilk növbədə çalışır ki, Ermənistanın qon­darma tarixindən söz açsın. Bunu sözü­gedən verilişdə qonaq qismində iştirak edən xanım da deyir. Əsl məsələ onun həyat yoldaşı ilə söhbətinin məzmunu­dur. Daha doğrusu, ikincinin birinciyə de­dikləridir: “Həyat yoldaşım mənə deyirdi: Siz ermənilər bir italiyalı görmüsünüzmü ki, gəlib kimdənsə kömək istəyəndə de­sin ki, köməyi bizim tariximizin böyük olmasına görə istəyirik, yaxud bizim Le­onarda da Vinçimiz var? Təsəvvür edir­sinizmi, bu, necə axmaqlıqdır? Təsəvvür edirsinizmi ki, kiməsə “biz 31-ci ildə xristi­anlığı qəbul etmişik, kömək edin” demək necə pis səslənir? Dünyaya təklif edəcə­yiniz nə var? Əliyevin (Azərbaycan Prezi­denti İlham Əliyev nəzərdə tutulur – red.) göstərəcəyi çox şey var. İndi sizin nəyiniz var? Onun (həyat yoldaşının – red.) hər sözü mənim ürəyimə sancılan bıçaq idi. Çünki həqiqətləri deyirdi”.

Erməni “təfəkkürü” və gələcəklə yaşamaq 

Verilişdəki diskussiyada aparıcı da heç bir italiyalının Roma İmperiyasın­dan danışıb qürrələnmədiyini dilə gətirir. “Mən çoxlu italiyalı tanıyıram ki, söhbət düşəndə özünün kiçik kəndini, rayonunu tərifləyəcək və s.”, – deyən aparıcının sözünü erməni xanım nəzakətlə kəsir və italiyalı həyat yoldaşına Roma İmpe­riyasına mənsub olduğunu xatırlatdığını söyləyir. O, həyat yoldaşının cavabını da diqqətə çatdıraraq söhbətə davam edir: “Mənə dedi, dayan görək. Bax, siz ermə­nilərin oyunları belə başlayır. Bildirdi ki, əzizim, sən düz deyilsən. Roma İmpe­riyası olub, ancaq o imperiyanın müasir İtaliyaya heç bir aidiyyatı yoxdur. Gələ­cəklə yaşamaq lazımdır. Dövlət olmaq üçün gələcəklə yaşamaq şərtdir”. 

Bəli, gələcəklə yaşamaq lazımdır, keçmişdə ilişib qalmaq mənasızdır. Üstə­lik, nəzərə alaq ki, keçmişi olanlar heç o barədə danışmırlar. Danışanlar ermə­nilər kimi səfeh toplumlardır. Düz-əməlli tarixləri olmayan, uydurulmuş miflərlə yaşayan qövmlərdir. Bəli, gətirdiyimiz bütün misalllar, eləcə də Georgi Vanyan nümunəsi erməni cəmiyyəti üçün siqnal olmalıdır. Ancaq bu günün hadisələrinə diqqət yetirəndə, xüsusən də Ermənis­tanın sülh gündəmini heçə saydığını görəndə, onu deməyə əsas yaranır ki, həmin cəmiyyət psixoz mərhələsini dəf edə bilmir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət