Yerli ərzaq məhsulu istehsalına vergi güzəşti

post-img

Yerli istehsalın stimullaşdırılması məqsədilə vergiödəyicilərinə müvafiq vergi güzəştləri tətbiq edilib.

Dövlət Vergi Xidmətindən bildirildiyinə görə, Vergilər Məcəlləsinə əsasən, siyahısı müvafiq icra hakimiyyə­ti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən təs­diqlənən idxal mallarını yerli istehsal malları ilə əvəz­ləyəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər həmin fəaliyyətdən əldə edilən mənfəətin (gəlirin) 50 faizi miqdarında mənfəət–gəlir vergisindən 7 il müddətinə azaddırlar.

Eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan əmlak vergisindən– müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə, həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə isə torpaq vergisindən 7 il müddətinə gəlir vergisindən azad olu­nub.

“Xalq qəzeti”

İqtisadiyyat