Dövlət borcu ilə bağlı yeni hədəf

post-img

Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlədiyi “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sənədə əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub. 

Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi döv­lət borcunun ÜDM-də payının 20 faiz, o cüm­lədən xarici dövlət bor­cunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi.

“Xalq qəzeti”

İqtisadiyyat