BP-nin region üzrə xərcləri 10 faiz artıb

post-img

Bu ilin birinci yarısında BP-nin Azərbaycan–Gürcüstan–Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 718,5 milyon ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 10 faiz artım deməkdir.

BP-nin (layihənin operatoru) Azərbaycan­da apardığı əməliyyatlar üzrə bu ilin birinci yarı­sının nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlu­mata görə, yanvar-iyun ayalrında şirkət yerli tərəfdaşı olan 14 birgə müəssisə çərçivəsində 356 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət birinci yarımildə xarici podrat­çıların ölkə daxilində məsrəflərinə (91 şirkət üzrə) 172,4 milyon dollar xərcləyib. Bundan başqa, hesabat dövrün­də BP-nin 195 kiçik və orta müəssisə üzrə xərcləri 167,8 milyon dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 22,3 mil­yon dollar təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat