Ermənistanın “tır aksiyası”, yaxud sülhün üstünə “maşın sürmək”

post-img

Nikol Paşinyanın yeni siyasi şousu İrəvanın son çırpıntılarıdır

İyulun 25-də Azərbaycan və Ermənistan xarici işər nazirəri – Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Moskvada rusiyalı həmkarları Sergey Lavrovun vasitəçiiyi ilə keçirimiş görüşün heç bir əhəmiyyəti qalmadı. 

Əslində, eyni sözü iyulun 15-də Azər­baycan Prezidenti İlham Əliyevin Ermə­nistanın baş naziri Nikol Paşinyanla Brüs­seldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşmış tə­masının əhəmiyyəti barədə də söyləmək mümkündür.

Bəs, bunu gözləmək olardımı? Bəli, proseslər indiki vəziyyətə doğru gedirdi. İrəvanın həmin görüşlərə tam sayğısız yanaşacağı, yeni təxribatlara əl atacağı proqnozlaşdırılırdı. 

Adətən, təxribat məqsədilə silahdan yararlanan Ermənistanın siyasi rəhbəriyi bu dəfə “metodunu” dəyişmiş kimi görü­nür. Yəqin, silahın fayda verməyəcəyini anlayır. Axı 44 günlük müharibədən son­ra Azərbaycana qarşı hər şeyi sınaqdan çıxarıb və hər dəfə, necə deyərlər, oxu daşa dəyib. Yenə eyni aqibətə məhkum­dur...

Ancaq nəinki Ermənistan hakimiyyə­tinin, eləcə də dünya erməniliyinin anla­madığı çox şey var. İndi məsələyə qayıt­maq mənasız və lüzumsuzdur. Onsuz da 44 günlük müharibədən sonra ermənilər və havadarları başlarını itiriblər. Əslində, Qarabağ ermənilərinə humanitar yardım kimi Laçın-Xankəndi yolunun başlanğı­cındakı Həkəri sərhəd-nəzarət buraxılış məntəqəsinə tonlarla yükün göndərilmə­si ideyası da məhz şizoferiyanın nəticə­sidir. 

Ermənistan baş naziri Nikol Paşinya­nın sosial şəbəkə hesabında yazdıqla­rından belə anlaşılır ki, ağılsızlıq etmək­dən başqa çarəsi yox imiş. Doğrudur, o, məsələyə pafos qataraq, Qarabağ ermə­nilərinə dəstəyi, bir növ, “qayğıkeş ata” payı hesab edir. Hər bir halda, durum dəyişmir. Nikol və komandası Azərbay­canın maraq və mənafelərinin əleyhinə gedir və belə demək mümkünsə, daraq­dakı son güllədən də istifadə edir. Bun­dan sonrası yoxdur. Daha doğrusu, var – növbəti müharibə. 

Sual yaranır: Ermənistan nəyə nail olmaq istəyir? Birincisi, humanitar yardım şousu, yaxud sərhəddəki “tır aksiyası” dünyaya Qarabağda, guya dərin humanitar böhranın yaşandığını göstərmək və buna görə Azərbaycanı qınamaq istəyidir. İrəvan beynəlxalq ic­timaiyyətin ölkəmizə qarşı çıxmasına çalışır. Çalışır ki, Azərbaycanın nüfuzu zədələnsin, respublikamız qəddar obra­zında təqdim olunsun, xarici aləm ayağa qalxaraq, Ermənistana dəstək göstərsin və beləliklə, 44 günlük müharibədən sonra formalaşmış reallıqlar ikinci plana keçsin. İrəvan yaranacaq qarmaqarışıq­lığı fürsət bilib öz gündəmini diktə etmək şansı qazanmaq niyyətindədir. 

Bəli, aydın görünür ki, Ermənistan rəhbərliyi tərəfindən Qarabağa huma­nitar yardım karvanının göndərilməsi siyasi motivli aksiyadır. Həmin motivin isə bilavasitə daha qabarıq görünən bir seqmenti var – Azərbaycanla danışıqlar. İrəvan yenə də danışıqlar prosesinə yeni ab-hava gətirmək məqsədinə köklənib. Yəni, Ermənistanın bu qədər primitiv he­sablanması var. 

Baş nazir Nikol Paşinyanın admi­nistrasiyası danışıqlar prosesinin bütün mərhələlərində uduza-udu­za gedir. İyulun 15-də keçirilmiş sonun­cu Brüssel raundu da tam fiasko oldu. Məhz həmin görüşdə vasitəçi qismin­də çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Qarabağın erməni əhalisinə yardımların Ağdam-Əsgəran yolu vasitəsilə çatdırılmasını da məqbul qiymətləndirdiyini dilə gətirdi. Ş.Mişelin bu bəyanatı Ermənistan siyasi dairələ­rində və Qarabağ rejimində böyük səs-küy doğurmuş və görüşün ertəsi günü bölgədəki separatçılar Rusiyanın adamı sayılan Ruben Vardanyanın “təşkilatçılı­ğı” ilə Ağdam-Əsgəran yolunu kəsmişlər. Öz aləmlərində prinsipiallıq nümayiş et­dirdiklərini düşünən Ruben və onun ba­şıpozuq çevrəsi, ölkəmizin erməni əha­lisinə sahiblənməsinə yol vermədiyini göstərdi. İndi isə “inad” Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsi müstəvisin­də gerçəkləşdirilməkdədir. 

Yəni, Azərbaycana iki tərəfdən basqı var – bir yandan Ağdam-Əsgəran yolu bağlanır və Bakının Qarabağ ermənilə­rinə yardım məntiqinin sıradan çıxarıl­masına cəhd göstərilir, digər istiqamət­dən Laçındakı şərti sərhədə humanitar yardım göndərilir. Bilə-bilə ki, ölkəmiz onun keçidinə imkan verməyəcək. Pro­sesin bilavasitə Ermənistan iqtidarı tərə­findən idarə olunduğunu diqqətə çatdır­mışkən, onu da vurğulayaq ki, İrəvanın hazırkı davranışı Azərbaycan-Ermənis­tan nizamlamasının Qərb vasitəçiliyinə qarşı çıxmaqdır.

Əvvəldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iyulun 25-də Mosk­vada düzənlənmiş görüşünü əbəs yerə xatırlatmadıq. Həmin görüşün gərgin məcrada keçdiyi istər C.Bayramovun, istərsə də A.Mirzoyanın fikirlərindən ay­dın görünürdü. Hazırda Ermənistan rəh­bərliyinin, belə demək mümkünsə, “tır aksiyası” da həmin gərginliyin davamı­dır. İrəvan bununla göstərmək istəyir ki, Moskvanın vasitəçiliyini də qəbul etmir. Daha doğusu, Ermənistan rəhbərliyi 30 ilə yaxın müddətdə Azərbaycanla danı­şıqlar prosesindəki həyasızlığını yenidən təkrarlamaq yolunu tutur. Həm Qərbə, həm də Rusiyaya qarşı çıxmaq görüntü­sü formalaşdırır. Hərçənd, ikinci ilə bağlı qarşıçıxmada müəyyən məqamların al­tından qırmızı xətt çəkmək ehtiyacının olduğunu unutmamalıyıq... 

Unutmamaq üçün deyək ki, əslində, Rusiya da Azərbaycanın Qarabağa sa­hiblənməsini istəmir. Bunu ölkənin XİN rəhbərinin istər haqqında söz açdığımız axırıncı üçtərəfli görüşündən əvvəlki, istər sonrakı, istərsə də ötən müddət­dəki bir çox açıqlamalarından tam aşkar görmək mümkündür. Kreml Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üç­tərəfli bəyanatı məntiqinə söykənir və çalışır ki, Bakı ilə İrəvan arasında möv­cud status-kvo saxlanılsın və beləcə özünün Cənubi Qafqazdakı mövcudluğu davamlı xarakter daşısın. 

Rusiyaya iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin imzalanma­sı lazım deyil və Lavrov müxtəlif arqu­mentlər gətirirək, faktiki olaraq ölkəsinin mövqeyini ortaya qoymaqla məşğul­dur. Müvafiq olaraq Moskvaya Cənubi Qafqazda gərginliyin qalması sərfəlidir. Ermənistan üçün isə sərfəli olan Azər­baycanın Qarabağa tam sahiblənməsi­nin qarşısının kəsilməsidirsə, bu qənaətə gəlirik ki, Paşinyan admistrasiyasına haqsız dirənişi aşılayan həm də Rusi­yanın mövqeyidir. Dirənişə ictimai-siya­si anlam qazandırmağa gəlincə, Qərbin bəzi dairələrinin rolunu vurğulamağa ehtiyac var. Diqqət yetirək, Aİ təmsilçiləri “tır aksiyası”nın monitorinqinə yığışıblar. Söhbət qurumun Ermənistan ərazisində­ki və indiyədək heç bir aktivliyi olmayan mülki müşahidə missiyasından gedir. O missiyadan ki, onun ilhamvericisi qismin­də çıxış edən Fransadır. 

Baxın, hazırda elə bir vəziyyət yara­nıb ki, Rusiyaya Cənubi Qafqazda Qər­bin ermənipərəstliyi lazımdır. Daha doğ­rusu, indiki məqamda ermənipərəstliyin nümayişi baxımından Qərbin və Rusi­yanın maraqları uzlaşmaqdadır. Əlbəttə, Qərb dedikdə daha çox Fransanı nəzər­də tutmaq lazımdır. Deməli, Rusiyanın və Fransanın mənafelərinin uzlaşdığına dair dünyanın bir sıra media orqanların­da yayımlanmış fikirlər təsdiqini tapmaq­dadır və Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinə yarındığına görə qınanması heç də əbəs yerə deyil...

Bəli, Ermənistan Azərbaycanla sülh prosesinin pozulmaqda maraqlı olduğunu bir daha göstərməkdə­dir. Belə durumda ölkəmiz nə etməlidir? Əlbəttə, rəsmilərimiz “tır aksiyasına” münasibətlərini bildirdilər və Bakının belə təzyiqlər qarşısında geri addım at­mayacağını vurğuladılar. Həqiqətən də hazırkı durumda geri addımın atılması yolverilməzdir. Əgər Qarabağa yardım göstərmək üçün yola düzəlmiş tırlardan hansısa biri Həkəri çayındakı sərhəddən keçsə, bu, Azərbaycanın öz ərazi bütöv­lüyünün və suverenliyinin toxunulmazlı­ğı ilə bağlı səsləndirdiyi bəyanatlarının əhəmiyyətini itirəcəkdir.

Bəli, hazırda Laçın sərhəd buraxılış məntəqəsindən erməni tırının keçməsi ilə erməni tankının keçməsi arasında heç bir fərq yoxdur. Əlbəttə, tankın qabağını almaq daha asandır, nəinki tırın. Ancaq ölkəmiz bütün çətinlikləri yendiyi kimi, bu çətinliyə də sinə gərəcəkdir. Buna heç kəsin şübhəsi olmamalıdır və 44 günlük müharibədən sonra qazandığımız siyasi və diplomatik uğurlar da sözümüzün təs­diqidir. 

Müharibədən söz düşmüşkən, Ermə­nistan son təxribatı ilə göstərir ki, onunla mübarizə aparmağın yegənə yolu mü­haribədir. Ölkə buna doğru addım-ad­dım getdiyinin fərqində olmaya, müxtəlif siyasi şıltaqlıqlara baş vura bilər. Necə ki, indi də eyni yolu tutmaqdadır. Amma ölkə unutmamalıdır ki, siyasətin sərt sifə­ti var. Onu da unutmamalıdır ki, gücün qarşısında hiyləgərlik eləmək ona xeyir gətirməyəcək. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət