Ermənistanın son iddiaları qəbuledilməzdir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi­nin mətbuat katibi Ayxan Hacızadə Ermə­nistanın baş naziri Nikol Paşinyanın səs­ləndirdiyi iddiaları şərh edərkən bildirib.

O deyib: “Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən baş na­zirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını tək­rarlaması bir sıra qərəzli məqamları ehti­va edir. Belə ki, Ermənistan baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərə­findən Azərbaycana qarşı başladılan iş­ğal siyasəti nəticəsində, 1990-cı ildə Kər­ki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxla­ması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir.

Ermənistan tərəfindən əsassız bəya­natlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommu­nikasiyaların açılması, qüvvələrini Azər­baycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ad­dımlardan çəkinməyi tələb edirik”.

XİN-in sözçüsü sonra qeyd edib ki, Ermənistanın Azərbaycanda həya­ta keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə La­çın yolunun başlanğıcında sərhəd nə­zarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, qarşı tərəf Bey­nəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çə­kinmir. Ermənistan tərəfini əsassız bəya­natlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommu­nikasiyaların açılması, qüvvələrini Azər­baycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbay­canın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik.

“Xalq qəzeti”

Siyasət