Fransa XİN Azərbaycan–Ermənistan dövlət sərhədində baş vermiş srağagünkü məlum insidentlə bağlı açıqlama verib. Fransa ikilistandartlardan, ermənipərəstlikdən – demək, ədalətsizlikdən, bədxahlıqdan qurtula bilmir ki, bilmir.
Dığ (Tex) kəndinin, Laçın səmtlərinin, Zəngəzurun, Qarabağın, ümumən Qafqazın Fransaya nə dəxli var? Əgər BMT TŞ üzvlüyü yadına düşübsə, onda özünü o statusa uyğun aparmalı, ağır oturub, batman gəlməlidir. Yox, əgər ATƏT-in Minsk Qrupu yadına düşübsə, o qrupun həmsədrliyi də, özü də keçərli deyil, necə deyərlər, qüvvədən düşüb. İlk növbədə, Fransanın uyğunsuz hərəkətləri, yanaşmaları üzündən…
Beləliklə:
–Fransa XİN timsalında frabsız hökuməti (dövləti) yenə ermənipərəst mövqedən çıxış edib;
– Bu insident bilavasitə Ermənistanın təxribatı nəticəsində baş verdiyi halda, Fransa Azərbaycana ünvanlanmış ismarıc göndərir. Yanlışdır!
– Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayan Fransa keçmiş ATƏT MQ həmsədri olduğu uzun illər içində bir dəfə olsun Azərbaycanın ərazi botüvlüyü haqda heç vaxt açıqlama verməyib. Nə üçün?
– Ərazi bütövlüyündən danışan Fransanın unutmamalı olduğu mövzular vardır– örnəyi, kolonial siyasəti, “Dənizaşırı torpaqlar”, Korsika, Yeni Kaledoniya və s.
– Yaxşı olardı, Fransa öz daxili işləri və problemləri ilə məşğul osun . Yüzminlərlə insanın ardıcıl olaraq mitinqlər, etiraz nümayişləri keçurməsi Makron hökumətinin düşünməli olduğu ilk mövzulardan olmalıdır. O etirazçıları Dığ ilgiləndirmir, normal yaşam ortamı ilgiləndirir… Fransa hökuməti isə mitinq və nümayişləri zorakılıqla dağıdır, dinc sakinləri yaralayır, tutur, incidir.
– Fransa əgər sərhədlərin delimitasiyasından danışırsa, bu, iki dövlət arasında olan porosesdir, dövlətin öz ərazisi ilə digər ərazisi arasında delumitasiya olmur, olursa, buyursun, onu öncə Fransa öz iki ərazi vahidi arasında etsin.
– Azərbaycanın öz suveren əraziləri arasında delimitasiya mövzusunu qətiyyən, birmənalı olaraq düşünmür, qəbul etmir!
– Onu sa vurğulayaq ki, Fransanın aparıcı mövqedə olduğu AB-nin missiyası Ermənistanı növbəti təxribatlara cəsarətləndirir və Ermənistan bu missiyanı öz təcavüskar siyasətinin bir hissəsinə çevirir. Amma belə cəsarətlənmələr Ermənistana bir fayda verməz… Fayda arayan varsa, beynəlxalq hüquq normalarında, mehriban qonşuluqda, barışda, öz üzərinə götürdüyü öhdəlukləri əksiksiz yerinə yetirməkdə arasın…
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI