Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun 2026-cı il saat 18.00-da yekunlaşacaqdır.
Qəbul dövlət sifarişli və ödənişli əsaslarla aparılır. Aşağıda qeyd olunan təhsil haqları ödənişli əsaslarla qəbul olan Azərbaycan vətəndaşları üçündür. Əcnəbi vətəndaşlar üçün təhsil haqqı 3000 manatdır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
Diferensial tənliklər, 1 yer, qiyabi, 2000 manat.
İqtisadi fəaliyyət növləri, 1 yer, əyani, 2000 manat.
Ümumi iqtisadiyyat, 1 yer, əyani, 2000 manat.
Müəssisələrin təşkili və idarə olunması, 1 yer, əyani, 2000 manat.
Sahə iqtisadiyyatı, 1 yer, əyani, 2000 manat.
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, 1 yer qiyabi, 2000 manat.
Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 2000 manat.
Dünya ədəbiyyatı (ingilis, alman və fransız), 1 yer, qiyabi, 2000 manat.
Sosial problemlər, 1 yer qiyabi, 2000 manat.
Sosial iş, 1 yer, qiyabi, 2000 manat.
Daha ətraflı məlumat üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edilməlidir.
Telefonlar: (+99412) 431-41-12/13/16 (daxili 126), 050-268-38-00.

