Bu ilin 4 ayında 14400 uşağa reabilitasiya xidmətləri göstərilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-aprel aylarında 14400 uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan əlilliyi olan 725 uşaq stasionar, 8300 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Sosial həyat