Daşkənddə anım mərasimi

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalıda ölən insanlıq” adlı anım tədbiri keçirilib.

İştirakçılar əvvəlcə Xocalı fa­ciəsi, Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sər­gi ilə tanış olublar. 

Alim və tərcüməçi Babaxan Şərif Xocalı faciəsi haqqında mə­lumat verib, soyqırımı son onillik­lərdə Türk dünyasının ən böyük faciəsi kimi dəyərləndirib.

Tədbirdə Azərbaycanın Özbə­kistandakı səfiri Hüseyn Quliyev deyib ki, 32 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını müha­sirəyə alıb, şəhər əhalisi, o cümlə­dən könüllülər, qocalar, qadınlar, uşaqlar qətlə yetirilib. Səfir əlavə edib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezi­denti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab ve­rib: “Xocalıya qədər azərbaycanlı­lar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermə­nilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.

AMM-nin direktoru Samir Ab­basov deyib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonq­mi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Ha­zırda Pakistan, Meksika, Kolumbi­ya, Çexiya, Rumıniya, Bosniya və Hersoqovina, İordaniya, Panama, Sudan, Peru, Honduras və digər dövlətlərin parlamentləri və Ame­rika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı soyqırımını tanıyıb.

“Turan” Kitabxana-İnforma­siya Mərkəzinin müdiri Mövlu­da Amanova, dosent Adxambek Alimbekov, şair Xasiyyət Rüstəm, tarixçi alim Şuxrat Barlas, polito­logiya üzrə doktor Mahmud Yul­daşev və başqaları Xocalı soyqı­rımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, sonra Xo­calı faciəsi ilə bağlı bədii kompo­zisiya təqdim edilib. Mərasimdə, mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbə­kistanın tanınmış şairi Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemalarının təqdimatı da keçiri­lib.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Qan yaddaşı