18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı klub nümayəndələri əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı düşmən təxribatları nəticəsində həlak olan dinc sakinlərin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra futbolçulara və klub rəsmilərinə memorial kompleksin tarixi, habelə müxtəlif dövrlərdə Gəncədə və digər bölgələrdə dinc əhaliyə qarşı törədilmiş erməni terror aktları barədə geniş məlumat verilib.
Qeyd edək ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək ölkəmizin müstəqilliyini bərpa edib. Bu mühüm tarix 2021-ci ildən etibarən rəsmi olaraq Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə