Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 265 Bakı şəhəri, 20 may 2024-cü il 

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsi­nin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qə­rara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 253 (Cild I) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilmə­sinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı” aşağıdakı redak­siyada verilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları