Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 195 Bakı şəhəri, 3 iyul 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli, “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli 62 nömrəli, “Peşə təhsilinin dövlət standartları”nın təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 11 mart tarixli 85 nömrəli, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli 101 nömrəli, “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 26 aprel tarixli 189 nömrəli, “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 29 iyul tarixli 270 nömrəli və “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2024-cü il 8 fevral tarixli 75 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 262 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000 (Cild I); 2024, № 1, maddə 83, № 5 (II kitab), maddələr 605, 612, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.19-cu bənd əlavə edilsin:

“3.19. Məktəbəqədər təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 365 (Cild I); 2024, № 1, maddə 80, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”na aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Xüsusi məktəbəqədər təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 519 (Cild I); 2024, № 9, maddə 1062) ilə təsdiq edilmiş “Peşə təhsilinin dövlət standartları”na aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 101 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 535 (Cild I) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.2-ci bənddə “Peşə təhsili müəssisəsinin” sözləri “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinin və xüsusi peşə təhsili müəssisəsinin” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsində və xüsusi peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780 (Cild I); 2024, № 1, maddə 115) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

“5.7-1. Peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1000 (Cild I); 2024, № 9, maddə 1067, № 11, maddə 1251; 2025, № 1, maddə 84) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:

“1.5-1. Ümumi təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 207) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. Təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları