Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 12 milyon 46 min 352,54 ton həcmində neft ixrac olunub. Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Bildirilib ki, cari ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiyaya 449 milyon 595,51 min dollar dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min dollar dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Bundan əlavə, ilin birinci yarısında ölkəmizdən Rumıniyaya 378 milyon 39,37 min dollar dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min dollar məbləğində 576 min 34,89 ton neft tədarük edilib.