“Azərbaycan hər zaman Avropa İttifaqı (Aİ) üçün etibarlı və vacib enerji tərəfdaşı olub və belə olmağa da davam edir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda iştirak edən Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıq Baş direktoru Henrik Hololeyi deyib.
O bildirib ki, Aİ bu əməkdaşlığı yüksək qiymətləndirir: “Bu yaxınlarda Avropa enerji komissarı əməkdaşlıq əlaqələrini müzakirə etmək üçün Azərbaycanda səfərdə olub. Şübhəsiz ki, enerji əlaqələri uğurla davam edəcək və qarşılıqlı fayda kəsb edəcək”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton