Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 331 Bakı şəhəri, 15 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının ərazisində ovçu­luğun aparılması Qaydaları”nın və “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”­nin təsdiq edilməsi haqqında” 2005-ci il 27 yanvar tarixli 10 nömrəli və “Azər­baycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mü­hasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunma­sı haqqında”, “Azərbaycan xalça sənə­tinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikası­nın Mərkəzi Bankı haqqında” və “Məh­kəmə-Hüquq Şurası haqqında” Azər­baycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral ta­rixli 815-VIQD nömrəli Qanu-nunun icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759, № 12, maddə 1079; 2005, № 6, maddə 535; 2007, № 10, maddə 1013; 2008, № 2, mad­də 132; 2015, № 4, maddə 472; 2017, № 9, maddə 1761; 2022, № 4, maddə 408; 2023, № 2, maddə 314) ilə təsdiq edilmiş “Ovçular cəmiyyətlərinin ovçulu­ğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi Qayda­sı”nın II hissəsinin on birinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 54, № 6, maddə 535; 2008, № 2, maddə 132; 2014, № 11, maddə 1511; 2017, № 9, maddə 1761) ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının ərazi­sində ovçuluğun aparılması Qaydaları”­nın 2.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edil­məsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, mad­də 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158, № 5, maddə 957, № 9, maddə 1536; 2022, № 4, maddə 391) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən Mərkəzin (sertifikat xidmətlə­ri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları”nın 4.3-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparıl­ması Qayda-ları”nın 3.14-cü bəndində “KİV-də” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları