Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 330 Bakı şəhəri, 15 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığor­tası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedə­nin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək­haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 25 avqust tarixli 137 nömrəli, “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alın­mayan ödənclərin müəyyən edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 126 nömrəli, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 may tarixli 97 nömrəli, “Uşaqlar üçün vali­deynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 2001-ci il 23 may tarixli 98 nömrəli və “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər han­sı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 626-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, mad­də 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), mad­də 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480, № 9, maddə 1232, № 10, maddə 1273; 2021, № 3, maddə 275, № 7, maddə 875, № 9, maddə 1060, № 10, maddələr 1164, 1192, 1195; 2022, № 8, maddə 1007, № 9, maddə 1098) ilə təsdiq edilmiş “Məc­buri dövlət sosial sığortası üzrə ödəmələ­rin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablan-ması və ödənilməsi haqqında Əsasnamə”nin 84-cü hissəsində “istehsalatdan ayrılmaq­la” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 532; 2003, № 12 (II kitab), maddə 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857; 2023, № 6, maddə 845) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zama­nı nəzərə alınan və alınmayan ödənişlə­rin geniş Siyahısı”nın “Nəzərə alınmayan ödənişlər:” hissəsinin on ikinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “istehsa­latdan tam və ya qismən ayrılmaqla” söz­ləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 573; 2003, № 12 (II kitab), mad­də 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857; 2023, № 6, maddə 845) ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın “Nəzərə alınmayan ödənc­lər:” hissəsinin on beşinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “isteh­salatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 347; 2010, № 3, maddə 258) ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sında işçilərin attestasiyasının keçirilmə­si Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bəndə aşağıdakı məzmun­da üçüncü cümlə əlavə edilsin:

“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yük­səldilməsinin, yeni ixtisasa yiyələnməsi­nin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”;

4.2. 2.6-cı bəndin dördüncü abzasının birinci cümləsində “ixtisasını artırmağa göndərmək” sözləri “işçini peşə hazırlığı­nın yüksəldilməsi, yeni ixtisasa yiyələn­məsi və ixtisasının artırılması üçün təlim­lərə cəlb etmək” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 348; 2004, № 9, maddə 747; 2005, № 12, maddə 1244; 2006, № 9, maddə 819; 2007, № 2, maddə 185; 2008, № 8, maddə 780; 2009, № 10, mad­də 857; 2017, № 9, maddə 1739, № 12 (II kitab), maddə 2549; 2020, № 10, mad­də 1269; 2021, № 5, maddə 507) ilə təs­diq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 5-ci hissəsinin on bi­rinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739; 2019, № 12, maddə 2099; 2020, № 8, maddə 1108, № 9, maddə 1221) ilə təsdiq edil­miş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.4-cü yarım­bəndinin ikinci cümləsinə “istehsalatdan” sözündən sonra “tam” sözü əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları