Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 329 Bakı şəhəri, 15 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilmə­si Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarix­li 682-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 790; 2018, № 12 (II kitab), mad­də 2741; 2021, № 3, maddə 281; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişik­liklər edilsin:

1.1. 1.2-ci bəndə “sayının” sözündən sonra “(Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaq­la)” sözləri əlavə edilsin;

1.2. 1.6-cı bəndə “çərçivəsində” sö­zündən sonra “(Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. 3.1-ci bəndə ikinci halda “işçi qü­vvəsinə” sözlərindən sonra “(o cümlədən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində)” sözləri əlavə edilsin;

1.4. 4.4.3-cü yarımbəndə “məlumatla­rı” sözündən sonra “(bu Qaydanın 4.4.3-1-ci yarımbəndində göstərilən məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin; 

1.5. aşağıdakı məzmunda 4.4.3-1-ci yarımbənd əlavə edilsin:

“4.4.3-1. haqqı ödənilən əmək fəa­liyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərində əmək fəa­liyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları;”;

1.6. həmin Qaydaya əlavənin ikinci cədvəlinə “o cümlədən, əcnəbilər” sü­tunundan sonra “onlardan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb olun­ması nəzərdə tutulan əcnəbilər” sütunu əlavə edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları