Tbilisidə Qərbi Azərbaycana Qayıdış müzakirəsi

post-img

Dünən Tbilisidə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılmasının əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. 

Toplantı Tərəfsiz (Parlament) Jurna­listlər Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan tədbir iştirakçıları M.F.Axundzadə adı­na Azərbaycan Mədəniyyəti Muzeyində Qərbi Azərbaycandan deportasiyaya həsr olunmuş sərgi ilə tanış olublar. Mu­zeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Qər­bi Azərbaycana Qayıdış Konsepsiyası barədə məlumat verib. 

Jurnalist Xətayi Əzizov, Azərbaycan səfirliyinin müşaviri Eldar Bayramov, Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi­nin nümayəndəsi, Pərvin Məmmədova, Qərbi Azərbaycandan deportasiya olun­muş Tahir Ələkbərov, Gürcüstan parla­mentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov konsepsiyanın ger­çəkləşdirilməsi ilə bağlı mülahizələrini söyləyiblər.

Qərbi Azərbaycandan qaçqın Vahirə Astanova Gürcüstanda Qərbi Azərbay­canlılar Birliyinin yaradılması təklifi irəli sürüb. 

XQ

Son xəbərlər