Ermənilərin Vyana terror aktlarına həsr olunmuş kitab

post-img

Vyana şəhərində 1975–1984-cü illərdə erməni terrorçuları tərəfindən türk diplomatlarına qarşı törədilmiş terror aktlarına həsr olunmuş “Vyanada terror” adlı kitab işıq üzü görüb.

Vyana Cinayətlər Muzeyinin direktoru Harald Seyrlin qələmə aldığı kitabın təq­dimatı həmin muzeydə keçirilib. Müəllif bildirib ki, alman və türk dillərində tərtib edilmiş kitabda Avstriyanın yaxın keç­mişində baş vermiş 3 terror aktı foto və sənədlər əsasında detallı şəkildə əks olunub. 

Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun 1973–1994-cü illərdə müxtəlif erməni terror təşkilatlarının 42 türk diplo­matını qətlə yetirdiyini söyləyib. O, 3 şə­hid türk diplomatının xatirəsinin unudul­maması üçün ərsəyə gələn kitaba görə Avstriyadakı türk icması adından müəllifə minnətdarlıq edib.

XQ

Son xəbərlər