Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı

post-img

Dünən Azərbaycan Dövlət Akademik Filarmoniyasında Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festi­valının açılış mərasimi olub.

Məclisi giriş sözü ilə açan mədəniy­yət nazirinin müavini Səadət Yusifova bildirib ki, sentyabrın 18-i dahi bəstəkar, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu il­dönümü və bəstəkarın şərəfinə təsis edil­miş Üzeyir Musiqi Günüdür. Sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivə­sində Bakı, Gəncə, Şəmkir və Naxçıvanda irihəcmli tədbirlərin, eyni zamanda, bütün ölkədə silsilə tədbirlərin təşkili planlaşdı­rılır. 

Festival çərçivəsində açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri keçiriləcək. Şuşa şəhərində də bir sıra tədbirlər nəzərdə tutulub. Şəhərdə Şərqin ilk muğam opera­sı “Leyli və Məcnun” nümayiş olunacaq, görkəmli bəstəkar Süleyman Ələsgəro­vun 100 illiyinə həsr olunan konsert təşkil ediləcək.

Qeyd edilib ki, budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Tür­kiyə, Rusiya, Koreya Respublikası, İspa­niya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq Azərbaycan Milli Konservatoriya­sı UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın Simpoziumunu təşkil edib. 

Mərasim Üzeyir Hacıbəylinin əsər­lərindən və milli musiqi nümunələrindən ibarət konsert proqramı ilə davam edib.

XQ

Mədəniyyət