“Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının nəzərinə!

post-img

30 iyun 2026-cı il saat 11.00-da “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının Qəbələ rayonu, Hacallı kəndində, “Gilan Qəbələ Aqrotexservis” ASC-nin binasında illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. ASC-nin 2025-ci ilin yekunlarına aid maliyyə hesabatının müzakirəsi və təsdiqi.

2. Digər cari məsələlər.

Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.

 

Reklam və elan