Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеti qeyd olunan kafedralar üzrə professor və dosent vəzifələrinə seçilmək üçün müsabiqə elan edir

post-img

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası üzrə dosent – 1 ştat.

Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası üzrə professor – 1 ştat.

Müasir Azərbaycan dili kafedrası üzrə dosent – 1 ştat.

Ədəbiyyatın tədrisi texnologiyası kafedrası üzrə dosent – 1 ştat.

Məktəbəqədər təhsilin pedaqogikası kafedrası üzrə dosent – 2 ştat, professor – 1 ştat.

Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası üzrə dosent – 1 ştat.

Ümumi pedaqogika kafedrası üzrə dosent – 2 ştat.

İbtidai təhsilin pedaqogikası kafedrası üzrə dosent – 1 ştat.

Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrası üzrə dosent – 1 ştat.

Kompüter elmləri kafedrası üzrə dosent – 1 ştat.

Əməyin texnologiyası kafedrası üzrə dosent – 1 ştat.

Ədəbiyyat və dillər kafedrası (Quba filialı) üzrə dosent – 1 ştat.

Müsabiqədə iştirak etmək istəyənlərin sənədləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun bu elan dərc olunan gündən bir ay müddətində saat 9.00-dan 17.00-a qədər ADPU-nun İnsan resursları və kargüzarlıq şöbəsində qəbul edilir.

Əlaqə telefonu: (012) 498-08-16.

Ünvan: AZ-1000 Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 68.

E-poçt: [email protected]

www.adpu.edu.az

REKTORLUQ

Reklam və elan