Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş fotosərgi və tədbir təşkil edilib. Sərgidə Ulu öndərin səhiyyə və tibb müəssisələrinə ziyarətlərini, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-yə yaxın foto nümayiş olunub.
Mərkəzin direktoru Səbinə Babazadə bildirib ki, Ulu öndərin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparılıb, xəstəliklərin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlanıb. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü, xilası və inkişafı prosesindəki əvəzsiz xidmətlərindən söz açıb.
Əməkdar incəsənət xadimi, tanımış şair Baba Vəziroğlu Ulu öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı əvəzsiz rolundan söz açaraq, sənət adamlarına göstərdiyi xüsusi qayğını xatırladıb.
Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Heydər Əliyevin gənc nəslin yaradıcılığına hər zaman böyük həssaslıqla yanaşdığını vurğulayıb.
M.HACIXANLI
XQ

