Media məlumat bazası müzakirə edilib

post-img

Mətbuat Şurasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agent­liyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində üçüncü top­lantı keçirilib. 

Şura sədri Rəşad Məcid bildirib ki, layihə çərçivəsində MŞ-nin saytında “Azərbaycanın media landşaftı” adlı xü­susi kateqoriya yaradılıb. Həmin kateqo­riya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İn­formasiyanın etik standartlarını müəy­yən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balan­sı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyala­rını, həmçinin layihə çərçivəsində yayım­lanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. 

Şuranın icraçı katibi Əvəz Rüstəmov, İdarə Heyətinin üzvü, layihənin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbay­canın media landşaftı” kateqoriyalarının xüsusiyyətləri ilə bağlı geniş məlumatlan­dırıblar. 

İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, BDU-nun ka­fedra müdiri, dosent Əsmər Əliyeva, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova və başqaları layihənin əhəmiy­yətindən danışıblar.

XQ

Son xəbərlər