Yurdumuza payız gəlir

post-img

Qızılı fəsil Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq. 

Bakı Dövlət Universitetinin Astrofizi­ka kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. 

Günəş ekliptika üzrə hərəkət edib ek­vatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin an­dan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. 

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

XQ

Sosial həyat