Hay “arşını”

post-img

Baş vermiş hadisəyə, fakt və arqumentə, gözlə görünən reallığa qərəzli yanaşmaq, bunlara özlərinə sərf edən formada şərh vermək erməni “si­yasi əxlaqının” çoxdan formalaşmış səciyyəvi xüsusiyyətlərindən sayılır. Bu zaman diplomatik ritorikadan riyakarcasına yararlanmağa çalışan erməni ideoloqları, xüsusilə, Azərbaycan və Türkiyəyə qarşı altməqsədli tezislərdən gen-bol istifadə edirlər. Hətta iz azdırmaqdan ötrü hədəfə götürdükləri konkret ölkənin ünvanına təşbihlər yağdırmaq kimi məkrli üslubu da dövriyyəyə buraxırlar. 

“Rusiya ilə Azərbaycanın yaxınlaşması Türkiyədə ciddi narahatlıq yaradıb”. Bunu türkoloq Ruben Safrastyan “NEWS.am”-ınmüxbiri ilə söhbətində ərz edib. Hay eks­pert rəsmi Ankaranın Ermənistanla müna­sibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın Rusiyaya, oradan da Bakıya səfərini məhz öz “arşı­nına” görə izah edir. “Ankara həm Mosk­vanın, həm də Bakının Cənubi Qafqazdakı vəziyyət, eləcə də Rusiya və Azərbaycan münasibətləri ilə bağlı yanaşmalarını an­lamağa çalışır”,– deyən Safrastyan hesab edir ki, Türkiyə üçün İrəvanla münasi­bətləri, guya, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması qədər önəmli deyil. 

Türkiyənin 2020-ci ildən sonra yaran­mış vəziyyəti sənədləşdirmək üçün sülh sazişinin mümkün qədər tez imzalanma­sında maraqlı olduğunu deyən erməni eks­pert yaranacaq vəziyyəti Türkiyə üçün irə­liyə doğru atılan addım kimi şərh etməyə çalışır: “Çünki, o, bölgədə mövqelərini gücləndirib, Rusiya isə zəiflədib”.

Onun düşüncəsinə görə, ötən ildən eti­barən Qərbin sanksiyaları və ABŞ-nin An­karaya təzyiqləri səbəbindən Rusiya–Tür­kiyə münasibətlərində soyuqluq müşahidə olunur. Bu feyk iddianı irəli sürən Safrast­yan bununla əsl məqsədini ortaya qoymuş olur. İctimai rəyə Azərbaycan–Türkiyə və Türkiyə–Rusiya münasibətlərinin getdik­cə gərginləşdiyini sırımağa çalışan hay türkoloqun bu üsulla “bir güllə ilə iki dov­şan vurmağı” hədəflədiyi şübhə doğurmur. Üstəlik, onu da xatırlatmağı unutmur ki, bu fonda “Azərbaycan sülh müqaviləsinin im­zalanmasını hər vasitə ilə ləngidir, taktiki məsələləri həll etməyə və Ermənistandan daha çox güzəştlər qoparmağa çalışır”.

Reallıqdan və sülh sazişinin mahiy­yətindən tanmamilə uzaq fərziyyələrini üfürməkdə davam edən Safrastyan daha sonra şərhində Moskvanın da “bostanına daş atmağı” yaddan çıxarmır. O, sülh da­nışıqlarının yalnız Kremlin vasitəçiliyi ilə aparılacağı təqdirdə, Rusiyanın razılaşma­dan razı qala biləcəyi kimi təxribatçı ver­siyanı irəli sürür. Fəqət, “hazırda bunun mümkün olmadığını nəzərə alsaq, Kreml sənədin tez bir zamanda imzalanmasında o qədər də maraqlı deyil” – deyə vurğulayan erməni türkoloq Moskvanın gələcəkdə va­sitəçi kimi çıxış edə bilməsi üçün prosesi ləngitməkdə maraqlı olduğunu qeyd edir.

Ehtimal və gümanlar üzərində qurduğu saxta fərziyyələrinin coğrafiyasını geniş­ləndirməyə girişən hay ekspert əlində Tür­kiyənin hətta Rusiya qazının idxalını azalt­dığına dair məlumatların olduğunu bəyan edir. “Maliyyə cəhətdən Qərbdən asılı olan Türkiyə üçün daxili siyasi çətinliklər yarada biləcək iqtisadi problemləri yün­gülləşdirmək üçün Rusiyaya deyil, Qərbə arxalanmağın sərfəli olduğunu” deyir. Bu zaman “beynəlxalq icmalçı” rolunda çıxış edən hay türkoloq yaranmış durumdan Ru­siyanın ciddi narazılığını bildirdiyini, hətta Putinin Türkiyəyə səfərinin məhz bu sə­bəbdən ləngidiyini əsaslandırmağa çalışır. 

Siyasi “interpretasiyaları” sərhəd ta­nımayan türkoloq Ruben Safrastyanın ya­lançı və avantürist hərəkətlərinə görə hər tərəfdən təklənmiş Hayastanın halına yan­ması başadüşüləndir. Amma onu düşdüyü labirintdən çıxarmaq üçün qonşuluqdakı müttəfiqlərin, dost ölkələrin arasını vur­maq ucuz diplomatiyadan başqa bir şey deyil. Bir də ki, artıq dünya bu məsələləri hay “arşını” ilə ölçmür... 

İ.HƏSƏNQALA
XQ

Siyasət