Heydər Əliyev Fondunun yeni töhfələri

post-img

Dünən Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezi­denti Leyla Əliyeva iştirak edib.

"Kəpənək" məktəbəqədər təhsil müəs­sisəsinin direktoru Yuliya Əliyeva bildirib ki, bağçada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Burada yük­səkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. Uşaqların zehni və yaradıcı inkişafı üçün dərsdənkənar fəaliyyət də nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezi­denti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzər­də tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

Qeyd olunub ki, burada uşaqların tə­lim-tərbiyəsinə cəlb olunan heyətin da­vamlı peşəkar inkişafına, müxtəlif təlim­lərdə iştirakına xüsusi önəm veriləcək. Məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən, Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşul­mağı da planlaşdırır.

***

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində də olub.

Məktəbin direktoru Nurlan İmanov bil­dirib ki, məktəbin 1983-cü ildə inşa olun­muş binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Buna görə Heydər Əliyev Fondu tərəfindən Bəydili kənd orta məktəbi üçün yeni bina inşa olu­nub və bu tədris ilində istifadəyə verilib.

Qeyd edilib ki, 7 korpusdan ibarət yeni məktəb binası 1400 şagird yerlikdir. Təhsil ocağında 56 sinif otağı, fizika, kimya, bio­logiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları, iclas və idman salonları və açıq meydança yaradılıb. Bina zəruri mebel və avadanlıqlarla, fənn kabi­netləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. 

Leyla Əliyeva şəhid ailələrinin üzvləri, məktəbin şagirdləri və onların ailə üzvlə­ri ilə söhbətləşib. Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

***

Biləsüvara səfər zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həmin gün Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib. 

Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün yaradılmış ev muzeyinə gələn Leyla Əliyeva burada Mü­bariz İbrahimovun şəxsi əşyaları, onun hə­yat yolunu əks etdirən eksponatlarla tanış olub. Qəhrəmanın ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib. 

XQ





Son xəbərlər