“Elm və həyat”ın yeni sayı

post-img

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ildə 2-ci sayı nəşr olunub.

Yeni say Prezident İlham Əliyevin və Bi­rinci xanım Mehriban Əliyevanın Bakıda Bo­tanika İnstitutunun yeni binasının açılış məra­simində çəkilmiş foto və ardınca akademik İsa Həbibbəylinin “Azərbaycan Elmlər Akademi­yasının Nizamnamələri” məqaləsi ilə açılır.

“Yeniləşən akademiya” rubrikasında fəl­səfə elmləri doktoru Füzuli Qurbanovun “AMEA – Azərbaycanın elmi yaddaş və in­tellektual məkanı” məqaləsinin davamı, “No­bel mükafatçısı Əziz Səncər Azərbaycanda” rubrikasında isə AMEA Prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə ölkəmizdə səfər­də olan məşhur alimin görüşləri, iştirak etdiyi tədbirlər və Naxçıvana səfəri haqqında ətraflı məlumatlar və mədəniyyət üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “ Əziz Səncər: mən Türk dünyasının birliyini görmək istərdim, bu mə­nim ən böyük arzumdur” adlı ümumiləşdiril­miş xronika yazısı təqdim olunur.

Nəşrin bu sayında AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Loqotip müsabiqəsi: nəticələr və perespekrivlər”, fəlsəfə üzrə fəlsəfə doktoru Firuzə Əliyevanın “COP29 çərçivəsin­də ekoloji bilik və ekoloji şüur”, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın “Sağlam ekoloji mühit insan uzunömürlülüyünun qaran­tıdır”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Tuğun memarlıq irsi”, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev və land­şaftşünas Nəsibə Məmmədovanın “Füzulinin turizm əhəmiyyətli abidələri”, tarix elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ümudlunun “ Şəhriyar xalq romanının ikinci əlyazması” sərlövhəli ya­zıları və s. məqalələr dərc edilib.

Bundan əlavə “Türk dünyası” rubrikasında Kuranbek Aset və Qazis Telebayevin, Şəmsəd­din Kuzəçinin, Əzizağa Ələkbərlinin, İlhami Cəfərsoyun, Rəşid Fətəliyevin və “Naxçıvan muxrariyyəti” rubrukasında tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovun, biologiya elm­ləri doktoru İsmayıl Məmmədov və aqrar elm­lər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevin məqalələri verilib. 

Jurnalda, həmçinin “Qarabaq”, “Dünya elm aləmində”, “Memarlıq və incəsənər”, “Meredi­an”, “Fotokimya”, “Faşizm üzərində qələbə” və “Sağlamlıq dünyası” bölməsində yer alan məqalələrlə də tanış olmaq mümkündür.

Jurnalın baş redaktoru, AMEA-nın prezi­denti, akademik İsa Həbibbəylidir.

XQ

Mədəniyyət