DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi

post-img

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2025-ci il

Fərmanlar