İlmələrə köçən “Ata vəsiyyəti – Oğul Zəfəri”-VİDEO

post-img

Azərbaycan Respublikası Prezi­dentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə Laçın şəhərində “Xalça belə ya­randı” adlı təqdimat keçirildi. 

Ekspozisiyada əslən laçınlı, Azərbay­can Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu eskiz və xalçalar, şəxsi kolleksiyasındakı qədim xalça nümunələri nümayiş olunur. Həkəri çayının sahilində çobanın qoyun otar­ması, qoyun qırxımı, yunun daranması, əyrilməsi və boyanmasından başlamış xalçanın toxunmasına qədər bütün pro­ses tablolara köçüb. 

E.Rəsulovanın ideyası ilə toxunmuş “Qarabağ atı” (2023), “Çələbi” (2023), “Ərciman” (2023), “Borçalı” (2024) adlı xalçalarda kompozisiyanın əsasını təşkil edən əriş iplərinin aşkar şəkildə görün­məsi onlara xüsusi rəng qatır. Tamaşa­çılar burada xalçanın hasilə gəldiyi yola şahidlik edirlər. Mərasimdə “Laçın zir­vəsi” adlı xalçasının dəzgahdan kəsimi təntənəli şəkildə icra olundu. “Ata vəsiy­yəti – Oğul Zəfəri” kompozisiyalı xalça­sının təqdimatı isə xüsusilə yaddaqalan oldu. İpək və yundan toxunmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gətirilib. Xalçanın birinci hissəsində ümummilli lider Heydər Əliyevin İlham Əliyevə vəsiyyəti, ikinci hissədə isə böyük Zəfər qazanan oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir olu­nub. 

Tədbir iştirakçıları xalçanın təqdima­tını video formatda izləyiblər.

Ramilə QURBANOVA
XQ


Mədəniyyət