Ana dilimiz milli kimliyin, müstəqil dövlətçiliyin mənəvi dayağıdır

post-img

Hər xalqı, milləti yaşadan mənəvi sərvətlərdən ən üstünü onun ana dilidir. Xalqımızn doğma ünsiyyət vasitəsi olan Azərbaycan dili milli kimliyimizin ən əsas, ən vacib elementlərindən biridir.

Zaman sübut edir ki, ana dili etnik düşüncəni formalaşdırır, millətin milli-mənəvi dəyərlərini qoruyur, xalqın keçmişi ilə gələcəyi arasında mənəvi bağları təmin edir, tariximizlə bu günümüz arasında körpü yaradır. Etnik psixologiyanı əks etdirən ana dili hər bir millətin, xalqın inkişafında mühüm rol oynayır.

Tanınmış alman linqvisti Vilhelm fon Humboldt dili xalqın ruhunu inikas etdirən əsas vasitə hesab edirdi. O bildirirdi ki, dil xalqın həm düşüncəsini, həm də mədəniyyətini ifadə edir. Alimin fikrincə, “dil, bütün kənar təsirlərə baxmayaraq, özünəməxsusluğunu qoruyub saxlayır, bu özünəməxsusluq onun xarakterinə də xasdır. Dil təsirlərə reaksiya verir və sərbəst istifadəyə yalnız öz xarakteri çərçivəsində şərait yaradır. Dilin əks təsiri isə daha müəyyəndir, çünki onun vasitəsilə xalqların keçmişdə yaratdığı hər şey fərd üzərində təsir göstərir. Dil hər bir millətin mədəniyyətini, etnoqrafiyasını, tarixi yaddaşını, ədəbiyyatını bu günə daşıyır, etnik mənsubiyyəti hifz edir.

Dilin zənginləşməsi, hüquqi statusu, işlənmə coğrafiyasının genişləndirilməsi dil siyasətində nəzərə alınır. Dil siyasətinin tərkib hissəsi dil quruculuğu prosesi və dil planlamasının düzgün həyata keçirilməsi məsələsidir. Dil siyasətində hər bir dilin ümumi inkişaf konsepsiyasının əsas müddəaları əks olunur.

Hazırda ölkəmizdə həyata keçirilən dil siyasəti demokratizmi və dünyəviliyi ilə seçilir. Azərbaycan Respublikası tolerant, multikultural dövlət olduğuna görə dövlət dili ilə yanaşı, digər dillərin də tədrisinə və tədqiqinə böyük önəm verilir, azsaylı xalqların öz dillərində təhsil almaları üçün hər cür şərait yaradılır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə dövlət dilimizlə bağlı fundamental qərarlar qəbul edilmiş, milli dil quruculuğu sahəsində böyük uğurlar əldə edilmişdir. 2002-ci il sentyabrın 30-da qəbul olunan “Dövlət dili də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”. haqqında” Qanun dövlətimizin dil siyasətinin əsas aspektlərini ehtiva edir. Bu qanunda dilin işlənmə mexanizmi, dövlət dilinin tətbiqi məsələləri tam öz əksini tapmışdır.

Ulu öndərin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə dil haqqında qəbul olunan qərarlar, verilən fərman və sərəncamlar mühüm tarixi əhəmiyyət kəsb edir. Bu dil qanunlarında dilin saflığı, ədəbi dilin qorunması, Azərbaycan dilinin statusu, elektron məkanda istifadəsi, kütləvi nəşrlərin həyata keçirilməsi məsələləri öz əksini tapmışdır.

Prezident İlham Əliyevin dil siyasətində bir neçə aspekt özünü aydın göstərir: dil milli kimlik məsələsi, etnik yaddaşdır dili elmi düşüncəni mühafizə edir, keçmişdən bu günə daşıyır ana dilimiz milli inkişafımızın təməlini təşkil edir. lkə rəhbərinin bu siyasəti dövlətin dil quruculuğuna verdiyi töhfədir.

Dövlət dili və yaxud da rəsmi dil statusuna malik olan dillərin inkişaf konsepsiyası qanunlarla, rəsmi sənədlərlə hüquqi baza halına salınır. Dövlət qanunları ilə dilin işlənmə mexanizmi, funksionallaşması təsbit olunur. Dil situasiyalarının nəzərə alınması, dil planlaması hər bir dövlətin dil siyasətinin əsas aspektləridir. Milli dövlətçiliyin əsas simvollarından biri olan ana dilinin qorunması və işlənmə mexanizminin təsbit olunması dövlətin dil siyasətinin mərkəzi nüvə xəttini təşkil edir.  

Dövlət dili qoruyur, öz qanunları ilə onu dövlət səviyyəsində mühafizə edir. Azərbaycan dilinin dövlət dili statusuna sahib olması onun dövlət səviyyəsində inkişafına və zənginləşməsinə zəmanət verir. Azərbaycan çoxkonfensiyalı bir dövlətdir.

Prezident İlham Əliyevin 17 iyul 2018ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamında əcnəbilər üçün Azərbaycan dilinin elektron platformasının hazırlanması məsələsi xüsusi vurğulanır. Bu tarixi sərəncamda dövlət dilinin işlənmə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Həmin sərəncamın əhəmiyyəti ondadır ki, müasir oxucu daha çox onlayn platformalardan, elektron resurslardan qaynaqlanır.

Buna görə də ana dilimizlə bağlı materialların internet platformalarında yerləşdirilməsi oxucular üçün həmin qaynaqları əlçatan edir. Beləliklə də ana dilinə aid qaynaqlar virtuallaşır və insanlar üçün dildən rahat istifadə imkanları yaradılır. Sərəncamdan irəli gələn tapşırıqlara əməl olunduqca, rəqəmsal texnologiyaların tətbiqi ilə dil korpusunun yaradılması istiqamətində işlərin intensivləşdirilməsi gələcəkdə böyük söz bazasının internet məkanında istifadəsini asanlaşdırmış olacaq.

Ana dili milli düşüncəni formalaşdırır, millətin genetik kodlarını mühafizə edir, etnik yaddaşı qoruyur. Bu baxımdan ana dili hər millətin identifikasiya kodu kimi çıxış edir. Hər bir müstəqil dövlətin siyasətində dil siyasəti özünəməxsus aspektləri ilə seçilir. Çünki dil siyasəti ölkənin etnik tərkibini, dil əlaqələrini mütləq nəzərə almalıdır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı” dillə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Azərbaycan dilinin mediada təbliği məsələlərini ehtiva edir.

Bu Dövlət Proqramında dövlət dilinin bütün tətbiq sahələri əhatə olunmuşdur. Dövlət Proqramının icrası müxtəlif illəri əhatə edir. Həmin Dövlət Proqramında Azərbaycan dilinə aid yeni lüğətlərin yaradılması, dillə bağlı internet resurslarının İlham Əliyevin dil siyasəti milli dövlətçilik ənənələrinə, tarixi köklərə, milli düşüncəyə, müasir reallıqlara, dərin fəlsəfi-məntiqi rasionallığa əsaslanır. Dövlət başçımızın səlis nitqi cəmiyyətimiz üçün örnəkdir. İlham Əliyevin ana dilimizdə mükəmməl çıxışları, müsahibələri məzmunca zəngin, ifadəli və aydındır. Onun ana dilimizdəki məzmunlu çıxışları həm siyasi, həm akademik, həm də bədii natiqliyin kamil nümunələridir. İlham Əliyevin nitqi natiqlik sənətinin bütün parametrlərinə uyğun şəkildə qurulur və  ictimai-siyasi nitq formasından çıxaraq dilin bütün qatlarını ehtiva edə bilir. Əlbəttə, bu ölkə başçısının nadir savadı və istedadı ilə bağlı məsələdir. Azərbaycanda həyata keçirilən dil siyasəti dünyadakı son çağırışlara da cavab verir, dilin və dilçiliyin inkişaf konsepsiyalarını təsbit edir. Ana dilimizə dövlət dili status verilməsi ədəbi dilimizin funksional üslublarının inkişafına zəmin yaradır. Yəni dövlət səviyyəsində, ən ali səviyyədə ana dilimizin inkişafı təmin olunur. Həm bədii, həm elmi (akademik), həm rəsmi-işgüzar, həm də publisistik üslubun funksionallaşma prosesi intensivləşir. gücləndirilməsi, elektron lüğətlərin, informasiya bazasının yaradılması, Azərbaycan ədəbi dilinin pozulması hallarının qarşısının alınması kimi vacib məsələlər də öz əksini tapmışdır. Bütövlükdə, bu tarixi sənəd Azərbaycan dilinin inkişaf konsepsiyasını əks etdirir.

Prezident İlham Əliyevin dil siyasəti dövlətimizin milli maraqlarına, ölkənin mövcud dil situasiyalarına uyğun olaraq aparılır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanda ədəbi dil normalarının gözlənilməsi və norma pozuntularına nəzarət üçün müvafiq dil qurumunun yaradılması məsələsi öz əksini tapmışdır. Dilin saflığının qorunması dil siyasətində mühüm strateji məsələlərdən biri hesab olunur. İlham Əliyevin dil siyasətində milli kimliyin əsas elementi kimi dilə dövlət səviyyəsində qayğı ən ali mövqedə dayanır.

İlham Əliyevin çıxışlarında da hər zaman dil məsələsi aktuallıq kəsb edir. Dövlət başçısı Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı keçirilən yığıncaqdakı tarixi nitqində ana dilinin saflığı məsələsinə xüsusi önəm verdi: “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”. Dövlət başçısı haqlı olaraq bildirdi ki, “biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.

Prezident hər bir vətəndaşımızın ana dilimizə həssas yanaşmalı olduğunu xüsusi vurğuladı: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”.

Azərbaycan Prezidenti  çıxışında milli kimlik məsələsinə də toxundu: “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”. 

İlham Əliyevin dil siyasəti milli dövlətçilik ənənələrinə, tarixi köklərə, milli düşüncəyə, müasir reallıqlara, dərin fəlsəfi-məntiqi rasionallığa əsaslanır. Dövlət başçımızın səlis nitqi cəmiyyətimiz üçün örnəkdir. İlham Əliyevin ana dilimizdə mükəmməl çıxışları, müsahibələri məzmunca zəngin, ifadəli və aydındır. Onun ana dilimizdəki məzmunlu çıxışları həm siyasi, həm akademik, həm də bədii natiqliyin kamil nümunələridir. İlham Əliyevin nitqi natiqlik sənətinin bütün parametrlərinə uyğun şəkildə qurulur və  ictimai-siyasi nitq formasından çıxaraq dilin bütün qatlarını ehtiva edə bilir. Əlbəttə, bu ölkə başçısının nadir savadı və istedadı ilə bağlı məsələdir. 

Azərbaycanda həyata keçirilən dil siyasəti dünyadakı son çağırışlara da cavab verir, dilin və dilçiliyin inkişaf konsepsiyalarını təsbit edir. Ana dilimizə dövlət dili status verilməsi ədəbi dilimizin funksional üslublarının inkişafına zəmin yaradır. Yəni dövlət səviyyəsində, ən ali səviyyədə ana dilimizin inkişafı təmin olunur. Həm bədii, həm elmi (akademik), həm rəsmi-işgüzar, həm də publisistik üslubun funksionallaşma prosesi intensivləşir. 

Azərbaycan dili həm də müasir elmi düşüncənin dilidir. Akademik üslubun bütün aspektlərini birləşdirən elmi düşüncə dilimiz terminoloji baxımdan zəngin və çoxfunksiyalıdır. Azərbaycan dilinin akademik üslubu media dili ilə bərabər, ən çox qloballaşma təsirinə məruz qalan üslublardandır. Prezident İlham Əliyevin dillə bağlı imzaladığı sərəncam və fərmanlar məzmunca, ümumilikdə, demokratikliyi və innovativliyi özündə ehtiva edir, ədəbi dilimizin inkişafına xidmət edir.

Tofiq  Əbdülhəsənli 

Dövlət İqtisad Universiteti Azərbaycan dili kafedrasının müdiri, professor  

Əməkdar mədəniyyət işçisi

Sosial həyat