Avropanın bir sıra aparıcı ölkələri, Yaponiya və Kanada Hörmüz boğazı ilə bağlı birgə bəyanat yayıblar.
XQ Röytersə istinadən xəbər verir ki, bəyanatda tərəflər Hörmüz boğazı üzərindən təhlükəsiz keçidin təmin olunmasına dəstək verməyə və enerji bazarlarında sabitliyin qorunması üçün birgə addımlar atmağa hazır olduqlarını bildiriblər.
Həmçinin, sənəddə İranın ticarət gəmilərinə və mülki infrastruktura hücumları, həmçinin boğazın bağlanması cəhdləri kəskin tənqid olunub. Tərəflər Tehrana gərginliyi artıran addımlardan imtina etməyə və BMT Təhlükəsizlik Şurası-nın 2817 saylı qətnaməsinə əməl etməyə çağırış ediblər.
Əlavə olaraq qeyd olunub ki, beynəlxalq gəmiçiliyə müdaxilə və enerji təchizatının pozulması qlobal təhlükəsizlik üçün risk yaradır. Bu çərçivədə mülki obyektlərə hücumların dayandırılması tələb edilib.
Tərəflər həmçinin Beynəlxalq Enerji Agentliyinin (BEA) qərarlarını dəstəklədiklərini və zərurət yaranarsa, əlavə tədbirlərlə bazar sabitliyinə töhfə verəcəklərini bildiriblər.
Tacir SADIQOV
XQ

