“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

post-img

“Circus Sea Breeze” arenasında “Monte-Karlo əfsanələri” adlı beynəlxalq sirk proqramı təqdim ediləcək.

İyunun 1-dən etibarən “Circus Sea Breeze” ərazisində yerləşən lunaparkda və akvaparkda “Monte-Karlo əfsanələri” adlı beynəlxalq sirk proqramı yeni mövsümünü açır. “Circus Sea Breeze” arenasına sirk “Oskar”ı mükafatının laureatı Allahverdi İsrafilovun rəhbərliyi altında ilk dəfə bu il yarıməsrlik yubileyini qeyd edən məşhur festivalın artistləri çıxacaq.

Rəngarəng sirk şousu Monte-Karlonun əsl əfsanələrinin məharətlərini nümayiş etdirəcək, həmçinin heyrətamiz akrobatik tryuklar, virtuoz hoqqaların sehri və nəfəs kəsən hava tamaşaları göstəriləcək. Arenada baş verənlər tamaşaçıları tarazlıq hərəkətləri dünyasının cazibəsinə aparacaq.

Azadlıq ruhunun təcəssümünə çevrilmiş Qarabağ atlarının gözəlliyi və zərifliyi əsl igidlərin idarə etdiyi orijinal şouda təqdim olunacaq.

İlk tamaşa xeyriyyə xarakterli olacaq və yaxşı ənənəyə uyğun olaraq, ona valideyn himayəsindən məhrum olmuş uşaqlar və sağlamlıq imkanları məhdud azyaşlılar dəvət ediləcək.

“Monte-Karlo əfsanələri” heyrətamiz tamaşanın bir hissəsi olmaqla yanaşı, həm uşaqlara şənlik bəxş edəcək bayramın parlaq işıqlarında dünya sirk sənətinin ab-havasına qərq olmaq, həm də böyüklərə yay axşamlarının ətri fonunda Xəzərin mehindən zövq almaq üçün unikal şansdır.

Mədəniyyət