Ankarada Azərbaycan Evi

post-img

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyin­də Azərbaycan Evi açılıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə qurulan məkanda ölkəni tanı­dan bir sıra nümunələr təqdim edilib. Azər­baycan və Türkiyə qardaşlığının simvolla­rı, iki ölkənin bayraqları, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, Ümummilli lider Heydər Əliyevin fotoşəkil­lərinin yer aldığı Azərbaycan Evində digər nümunələr də diqqət çəkib. Burada Azər­baycan xalçaları, milli geyimləri, seramik və çini qablarda ölkəni simvolizə edən su­venirlər, rəsm əsərləri, musiqi sənətini əks etdirən tar, kaman, saz, qaval, balaban və ölkə haqqında məlumat lövhələri, kitablar yer alıb.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət