Çingiz Aytmatov uzaqgörənliyi

post-img

O, SSRİ-nin süqut edəcəyini 6 il öncə Bəxtiyar Vahabzadəyə söyləmişdi

Dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaratmış Çingiz Aytmatov haqqında kitab üzərində işləyərkən mütəfəkkir yazıçı barədə eşitdiklərimi də yazıya aldım. 

...1985-ci il oktyabrın 23-ü idi. Həmim gün atamla (dövrünün tanınmış ədəbiy­yatşünası İmamverdi Əbilovla – red.) Bakıda idik. Atamın nəsə işi var idi. Tele­fonla Bəxtiyar müəllimlə – Xalq şairi Bəx­tiyar Vahabzadə ilə danışdı və Bəxtiyar müəllim atamı evlərinə dəvət etdi. Axşam onlara gəldik. Bəxtiyar müəllim Çingiz Aytmatovdan danışırdı:

– Çingizə zəng etmişdim. Mənimlə görüşmək istədiyini dedi. Frunzeyə get­dim. Onunla görüşərkən məlum oldu ki, Çingiz bir gündən sonra təçili Moskvaya getməlidir. Əvvəlcədən planlaşdırılma­yan xariçi səfəri var imiş. Bütün gecəni yatmayıb Çingizlə söhbət etdik...

Bəxtiyar Vahabzadəni tanıyanlar, görənlər bilir. Həyəçanlananda qəfil, ani çəkən əsməsi, titrəməsi olardı. Bütün varlığı bir anlıq titrəyərdi. Bir də qəribə siqaret çəkməyi vardı. Həyəcanlı olan­da yandırdlğı siqareti 2-3 nəfəs alandan sonra külqabında söndürər, az keçmə­miş yenisini yandırardı. Əgər həyəcanı keçməyibsə, həmin siqareti də bir neçə nəfəs alandan sonra külqabında sön­dürərdi.

Çingiz Aytmatovla görüşündən da­nışan Bəxtiyar müəllim həyəcanlı idi. Az keçməmiş onun həyəcanının səbəbi bizə də məlum oldu. Bəxtiyar müəllim atama müraciətlə:

– Çingiz Sovet dövlətinin tezliklə çökəcəyini deyir, – söyləyib təzə siqaret yandırdı. – Cingiz deyirsə, demək, o ha­disə baş verəcək... Bunu Çingiz deyirsə, demək nə isə bilir ki, deyir... O heç vaxt boşuna söz deməz... Bir də onlarla (So­vet rəhbərlərini nəzərdı tututdu) yaxındı axı...

Təsəvvür edin. 1985-çi il. Sovet döv­lətinin mənəm-mənəm vaxtları. Azərbay­çanın böyük şairi Bəxtiyar Vahabzadə o vaxt üçün ağla batmayan söhbət edir. Və o, bu sözü ölkənin, yəni SSRİ-nin ən bö­yük mədəniyyət xadimlərindən biri olan, dünyanın ən böyük yazıçılarından biri kimi dəyərləndirilən Çingiz Aytmatovdan eşidib. Və bu təhlükəli söhbəti ən yaxın dostlarından biri hesab etdiyi atama da­nışır.

...Bəxtiyar müəllim nə qədər həyə­canlıdırsa, bir o qədər də ruhən, qəlbən məmnundur. Nifrət etdiyi bir quruluşun tezliklə məhv olacağına tam inanır. Har­dasa, əvvəlcədən o günün xöşbəxtliyini yaşayan kimi görünür.

...Yenə də Cingiz Aytmatovdan da­nışır. Kitab dolabının qarşısına Çingizlə Frunzedə çəkdirdiyi şəklini qoyub. Mən şəkli Bəxtiyar müəllimdən istəyirəm. Şəkli götürüb mənə verir. İmzalamasını xahiş edirəm. Onu da edir... İndi olsaydı, elə etməzdim, amma o vaxt gənc idim. Bəzən iştəklərim sərhədi keçirdi. Bunu ona görə yazıram ki, Bəxtiyar müəllim­dən xahiş edirəm, bu nadir şəklin arxası­na adlı (yəni mənim adıma) avtoqraf yaz­sın. Bəxtiyar müəllim yazır. Amma mənim adımdan əvvəl, özünün dediyi kimi, əqidə dostu olan atamın adını yazır...

Etibar ƏBİLOV,
yazıçı-publisist



Mədəniyyət