Oyun tərtibatçılarımız ABŞ-da

post-img

Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe­liyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə əmək­daşlığı çərçivəsində Azərbaycanı təm­sil edən komanda ABŞ-da keçirilən Oyun Tərtibatçıları Konfransına qatı­lıblar. 

Oyun sənayesi sahəsi mədəniyyət və yaradıcı sənayelərin önəmli klasterlə­rindəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inki­şaf Strategiyası”nın müvafiq bəndinin ic­rası ilə əlaqədar Mədəniyyət Nazirliyi də sözügedən konfransda layiqincə təmsil olunub.

Qeyd edək ki, bu ilin mart ayında San Fransisko şəhərində keçirilən (Game De­velopers Conference) konfransda 4 ədəd oyun studiyası (“Dynamic Box”, “Cool Bears”, “Darts Games”, “AzDimension”) və 1 oyun inkubasiya mərkəzi (“Game­pons”) iştirak edib.

“Gametech” Azərbaycanda yeni in­vestisiyaları cəlb etməyə, hekayələr, qra­fik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan ve­rir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət