Anev Türk mədəniyyətinin paytaxtı oldu

post-img

TÜRKSOY-un Türkmənistanın Anev şəhərinin 2024-cü il üçün “Türk dünyası mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar açılış mərasimi keçirilib.

Xatırladaq ki, ötən il Azərbaycanın Şuşa şəhəri “Türk dünyası mədəniyyət paytaxtı” seçilmişdi. Dekabr ayında isə ilin bağlanış mərasimi çərçivəsində Şu­şada Türk Dünyası Mədəniyyət Paytaxt­ları Birliyinin ilk təsis konfransı olub və paytaxtlıq estafeti Anev şəhərinə verilib. 

Anevdə tədbirin açılışında Türkmə­nistanın Baş nazirinin müavini Mahrice­mal Mamedova Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir işti­rakçılarına ünvanladığı məktubunu oxu­yub. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirak etdiyi mərasimdə daha sonra TÜRKSOY-un Baş katibi Sultan Raev nitq söyləyərək, Anev şəhərinin və bu torpaqların türk­mən xalqının müqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəni irsinin mərkəzi olduğunu vurğulayıb. O bildirib ki, bu il TÜRKSOY tərəfindən ya­ranmasının 300 illiyi münasibətilə Türk dünyasında milli türkmən ədəbiyyatının klassiki, böyük şair Məhdimqulu Fəraqi ili elan olunub.

Daha sonra türk coğrafiyasından olan 9 ölkədən 650-dən çox sənətçi türk xalq­larının rəngarəng rəqslərini və musiqisini ifa ediblər.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət