Muxtar Naxçıvanın ədəbi mühiti

post-img

Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzusunda toplantı keçirilib.

Məclisi giriş sözü ilə açan muzeyin direktoru Aləmzər İbrahimova bildirib ki, Naxçıvan Azərbaycanın çoxəsrlik keçmişində layiqli yer tutub, xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Qədim türk yurdunun ədəbi-bədii irsi və söz yaradı­cılığı ənənələri milli ədəbiyyatımıza möv­zu əlvanlığı, ideya-məfkurə siqləti gətirib.

Naxçıvan ədəbi mühitinin ölkəmizin ədəbiyyatına parlaq ədəbi simalar, qiy­mətli əsərlər bəxş etdiyindən danışan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət iş­çisi Asim Əliyev muxtariyyət dövründə diyarın qələm sahiblərinin yaradıcılığın­dan ətraflı bəhs edib, ünlü sənətkarların həyat yolundan söz açıb. 

Azərbaycan Yazıçılar Birliyinin üzv­lərindən Elxan Yurdoğlu, Təranə Arifqı­zı, Kəmalə Nəsrin, Məftunə Nur, Əzizə Həsənova, Gulsadə İbrahimli Naxçıvan ədəbi mühitinin özünəməxsusluğunu qeyd ediblər, parlaq nümayəndələrini xatırlayıblar. Şairlər Səbinə Əlincəli, Al­məmməd Eldaroğlu, Aytəkin Səfərəliye­va, Sevinc Səbzəliyeva Naxçıvana, onun insanlarına həsr edilmiş şeirlərini söylə­yiblər.

Sonda iştirakçılar ədəbiyyat Muzeyini ziyarət edib, “Naxçıvan Muxtar Respubli­kası–100” sərgisi ilə tanış olublar.

XQ

Mədəniyyət