Çingiz Abdullayev Milli Konservatoriyada

post-img

Dünən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayevlə Milli Konservatoriyada tələbə və müəllim heyətinin görüşü olub.

Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, hörmətli qonağı səmi­mi salamlayıb. 

Çingiz Abdullayev cəmiy­yətdə oxu mədəniyyətinin formalaşmasının önəmindən bəhs edərək bildirib ki, insan­ları işıqlı sabahlara aparan vasitələrdən biri də mütaliədir. Kitablarla dost olanların həyat yollarında mənəvi kompasa ehtiyacı olmur. Təsadüfi deyil ki, qələm sahiblərinin peşə­karlığına da mütaliə fəal təsir göstərir. 

Görüşdə Çingiz Abdul­layevin yaradıcılığından ət­raflı bəhs edilib. Onun “Mavi mələklər”, “Bakı bulvarı”, “Al­çağın üslubu”, “Qanın üç rən­gi”, “Mənim gözəl alibim” və sair əsərləriilə bağlı fikir mü­badiləsi aparılıb. Xalq yazıçısı tələbə və müəllimlərin sualları­nı cavablandırıb.

Sonda yazıçı kitablarını avtoqrafla oxucularına təqdim edib. 

Fuad CƏFƏRLİ
XQ

Son xəbərlər