Soyqırımı qurbanları anılıblar

post-img

1918-ci ilin martın sonunda Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri qətliamlar əsl terror aktları kimi tarixə düşüb. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Azərbaycan Milli Kitabxanasında soyqırımı qurbanları anılıb. Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Həmin vaxt erməni millətçiləri mifik ideyalarını gerçəkləşdirmək məqsədilə soydaşla­rımıza qarşı etnik təmizləmə və soyqı­rımlar həyata keçiriblər. Daşnak-bol­şevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş qırğınlar zamanı Azərbaycanın müxtəlif ərazilərindən 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qo­vulub. Natiq əlavə edib ki, bu gün biz 31 mart soyqırımına dair daha çox kitablar yazmalı, müxtəlif dillərə tərcümə etməli və erməni daşnakları tərəfindən azər­baycanlıların başına gətirilən bəlaları, faciələri geniş təbliğ etməliyik.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart Azər­baycanlıların soyqırımı günü” adlı elek-tron məlumat bazası, “31 Mart Tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgi onlayn rejimdə, eləcə də “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” adlı ənənəvi kitab sərgisi istifa­dəçilərə təqdim edilib. Elektron Məlumat bazasında “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Kitab­lar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqı­rım yaddaşlarda” və s. özündə əks et­dirən materiallar nümayiş olunur.

Ənənəvi kitab sərgisində 31 Mart soyqırımı, eləcə də, tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qətliamlar haqqında həqiqətləri dünyaya çatdıran Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar oxuculara təqdim edilir. 

XQ

Son xəbərlər