Hər kitab bir dünyadır

post-img

“Piano əsərləri” 

Türkiyədə ilk dəfə, əsasən, Azər­baycan bəstəkarlarının əsərlərindən ibarət olan “Piano əsərləri” dərsliyi nəşr edilib. 

Kitabın müəllifi Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, peşəkar fortepiano sənətçisi, həmyerlimiz Nailə Əhmədovadır. Qardaş ölkədə çox se­vilən Azərbaycan musiqilərinin belə bir tərtibatda hazırlanıb, dərs vəsaiti kim təqdim edilməsi fərəhli haldır. Zəngin repertuar seçimi olan kitabda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzə­yevlə yanaşı, avropalı bəstəkarların da əsərləri yer alıb. 

Nailə Əhmədovanın dediyinə görə, Türkiyə musiqi ictimaiyyətinin maraqla qarşıladığı dərs vəsaitinin daha geniş tərtibatda və tirajda yayılması nəzərdə tutulur. Çünki orada Azərbaycan mu­siqiləri üzrə fortepiano dərsləri almaq istəyənlər çoxdur. 

Kitab “Arkadaş” Yayın Evində çap olunub.

Yazıçının “Könül elçisi...”

Tanınmış tədqiqatçı-yazıçı Nəri­man Əbdürrəhmanlının “Könül elçisi, yaxud Don Xuan de Persiya – Oruc” romanı Güney Azərbaycanda ikinci dəfə nəşr olunub.

Dünya – yaşam deyilən şey sirr için­də sirdir. Yoxsa mövcudluğun mənası olmazdı…

N.Əbdürrəhmanlının bu tarixi best­selleri Səfəvi hökmdarı I Şah Abbasın 1599–1601-ci illərdə Moskva çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanə­sinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadır.

Həqiqətən birnəfəsə oxunan roman­da siyasi qarşıdurmalar, xəyanətlər, qət­llər, fırıldaqlar, əzablarla yanaşı, gözəl eşq macəraları da var…

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət