Üzeyir Hacıbəyli festivalı davam edir

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-də başlanmış ənənəvi Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində yaddaqalan tədbirlər keçirilir. 

Gürcüstanın tanınmış pianoçusu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə Heydər Əliyev Mərkəzində maraqlı musiqi proqramı təqdim edilib.

Konsertdən əvvəl Gürcüstanın Azərbaycandakı səfi­ri Zurab Pataradze deyib ki, cari il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi təntənə ilə qeyd edilir. Ulu Öndərin müasir Azərbaycanın güclənməsində çox böyük rolu olub. Buna görə də tədbir ulu öndərin yubileyinə həsr edilib. 

Eyni zamanda Gürcüstan parlamentinin mədəniyyət ko­mitəsinin sədri olan Elisso Bolkvadze də çıxışında xalqları­mızın dostluq münasibətlərini yüksək dəyərləndirib. Gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət