Yaya hələ vida deməyin...

post-img

Bir gün “bircə yay bitsəydi” – deyə gileyləndim. Jurnalist dostlardan biri olan Səadət xanım “mən yayı çox sevirəm “ – dedi. 

– Yaydamı dünyaya gəldiniz, Səadət xanım? – deyə gülümsədim. 

– Yox, mən qışda dünyaya gəl­mişəm, amma yay ən çox sevdiyim fəsildır və onun getməsini istəmirəm– dedi. 

Deyirlər, yayı sevənlər çox ma­raqlı insanlardır. Onlar hərəkətdə olmağı sevir, daim işləmək istəyirlər. Ünsiyyətcil, gülərüz və pozitiv olurlar. Onlar yayın bitməsini istəmirlər. 

Тəbiətin isə öz qanunları var. Biz istəsək də, istəməsək də, günlər, ay­lar ötür, fəsillər dəyişir. Bu yay bitib, başqa bir yay gələcək, amma ömru­müzdən gedən yay geri dönməyə­cək. Dünən yağış yağdı. Sanki bu yağış bizimlə vidalaşıb gedən yay fəslinin göz yaşları idi! Bu mənzərə­dən mütəəssir oldum... 

Başqırd yazıçısı Renat Valiullinin dediyi sözləri xatırladım: “Payız da gözəldir, əgər qəlbdə bahar hələ bit­məyibsə...” 

Zülfiyyə ZİYA, “Xalq qəzeti”

Mədəniyyət