Qara saçı saraldan göl

post-img

Türkiyənin Van gölünün qəribə xüsusiyyəti hər kəsin marağına səbəb olur. Belə ki, göldə çimən uşaqların saçı qısa müddət ərzində saralır və öz təbii rənginə ancaq qışda qayıdır. 

Yerli sakinlər uşaqların saç rənginin saralması üçün bir həftənin kifayət etdi­yini bildirirlər. “Van gölünün suyu həm qazlı, həm də duzludur. Saçlarının təbii şəkildə sarışına boyanmasını istəyən­ləri Van gölündə salamlayırıq”, - deyə yerli sakinlərdən biri bildirib. 

Qeyd edək ki, Nemrut dağının vul­kan püskürməsi nəticəsində əmələ gələn dünyanın ən böyük qazlı su gölü, həmçinin minerallarla zəngindir. Həkim­lərin sözlərinə görə, Vanın müalicəvi suyu el arasında “yağlı ekzema” kimi tanınan seboreyalı dermatit, psoriaz və göbələk kimi dəri xəstəliklərinin müali­cəsinə müsbət təsir göstərir. 

“Xalq qəzeti”

Maraqlı