Dahi rəssamın onlayn arxivi

post-img

“Google Arts & Culture” saytı ziyarətçilərin müxtəlif mövzular və hekayələr üzrə Leonardo da Vinçinin rəsmlərinə baxa biləcəyi “Inside A Genius Mind”(“Dahi zəkalar dünyasında”) adlı onlayn arxiv yaradıb. 

Bu məqsədlə Milli İncəsənət Qalereyası, Britaniya Kitabxanası da daxil olmaqla 28 müxtəlif qurum və 8 ölkə ilə əməkdaşlıq qurulub. Arxiv bu günə qədər yaradılmış ən böyük Leonardo da Vinçi arxivi hesab olunur. 

Xatırladaq ki, o, intibah dövründə yaşamış filosof, astronom, memar, mü­həndis, ixtiraçı, riyaziyyatçı, anatomist, musiqiçi, heykəltəraş, botanik, geoloq, yazıçı və rəssam olmuşdur. O, həyatı boyu bütün bu sahələrdə araşdırmalar aparmışdır. Təxminən 6 min səhifəni əhatə edən bu qeydləri indi süni intel­lekt vasitəsilə yaradılmış təcrübə ilə öy­rənmək mümkündür. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya