Sarımsaq, qoz və qatıq triosu

post-img

Rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov hər kəsə yemək menyusuna sarımsaq, qoz və qatıq əlavə etməyi məsləhət görüb. 

Həkim bildirib ki, qoz böyük miqdar­da E vitamini, faydalı yağ turşuları ilə, sarımsaq antibakterial alisinlə zəngin­dir. Qatıq isə həzm prosesini və ümumi əhvalı yaxşılaşdırır. 

Sadıqov deyib ki, xüsusilə, sarı, qır­mızı və narıncı rəngdə olan kök, boranı, şirin bibər, ərik, manqo və şaftalı yemək daha çox fayda verir. 

Bundan başqa, həkim immunite­ti yüksəldən çay içməyi də məsləhət görür. Çayın tərkibindəki katexin (anti­oksidant flanovoid) maddəsi orqanizmi zədələnmələrdən qoruyur. Antibakterial effekt yaratmaq üçün çaya zəncəfilin əlavə edilməsini daha məqsədəuyğun hesab edir. 

Qeyd edək ki, R.Sadıqov bir müddət əvvəl süd məhsullarının mədə qıcqır­ması zamanı nəinki müalicəyə kömək etdiyini, əksinə, əks - təsir etdiyini sübut etmişdir. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat