Xalça muzeyinin gizli sirləri

post-img

Sabahdan Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini göstərmək məqsədilə muzeyə turlar təşkil edəcək. 

Muzeydən bildirilib ki, “Yarımköçə­ri həyat” adlandırılan turda proqrama uyğun olaraq, iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xal­çatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibi­heybət məscidinə ziyarət təşkil ediləcək. 

“Saray xalçaları” turuna qatılan işti­rakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dər­si keçəcəklər. Onlar üçün tanınmış xalça­çı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq. 

Hər iki tur proqramına muzeyin qapa­lı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir. 

“Xalq qəzeti”

Mədəniyyət