“Qocaman festival”da yeni filmlər

post-img

Avqustun 30-da Venesiyada dünyanın ilk kino festivallarından biri öz işinə başlayıb. Tədbirə məşhur rejissor Yorqos Lantimosun “Kasıb bədbəxtlər” filminin nümayişi ilə start verilib. Film Viktorian dövründə qadın bədəninə verilən dəyərdən bəhs edir. 

Təşkilatçılar jurnalistlərə bildiriblər ki, festivalda gender problemləri, eko­loji fəlakətlər, dini və irqi ayrı-seçkiliyin yaratdığı faciələr barədə filmlərin nü­mayişinə üstünlük verilib. 

Aynur İSMAYILOVA,
“Xalq qəzeti”

Mədəniyyət